Çaytikanı yağının müalicəvi xüsusiyyətləri

Çaytikanı yağının müalicəvi xüsusiyyətləri
Xalq təbabəti
10.09.2017 26
Çaytıkanı "padşah giləmeyvəsi" adlandırırlar və bu səbəbsiz deyil. Çaytikanı çox zəngin vitamin-mineral tərkibinə malikdir.

Çaytikanı
yağı çox effektli müalicəvi vasitə sayılır. Çaytikanı yağı həm xalq,
həm də ənənəvi tibbdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox
geniş istifadə olunur.

Çaytikanı
yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o
cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin,
fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları),
fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir,
kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.

Çaytikanı
yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda
karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez
olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir.

Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir.

A
və C vitaminləri güclü antioksidantlar sayılır. Bu maddələr orqanizmdə
gedən qocalma və dağılma prosesləri ləngidir, immun sistemini
möhkəmləndirir, orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur.

 

Çaytikanı
yağı avitaminoz (vitaminlərin çatışmazlığı) zamanı müalicəvi vasitə
kimi istifadə olunur. Çaytikanı yağını təbii polivitamin kompleks hesab
etmək olar.

Çaytikanı
yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin
ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını
möhkəmləndirir, onları daha elastik edir, aterosklerozun və trombların,
ürək-damar sistemində iltihabların əmələgəlməsinin qarşısını alır. Məhz
bu səbəbdən çaytikanı yağı müxtəlif ürək-damar xəstəlikləri və
pozulmaları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

Çaytikanı yağı mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Çaytikanı
yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin
selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu
yağ mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox
effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı xoraların
sağalmasına kömək edir. Xora xəstəlikdən əlavə çaytikanı yağı həmçinin
qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş
istifadə olunur.

Şamlar
şəklində olan çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil
zamanı istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.

Çaytikanı yağı gözlər üçün xüssilə faydalıdır. Belə
hesab olunur ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta,
qlaukoma və s.) inkişafının qarşısını alır. Bundan əlavə çaytikanı yağı
gözün buynuz qişası travmaları və yanıqları, keratit, traxoma kimi
xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

Stomatoloqlar
çaytikanı yağını damaqların iltihablarının müalicəsində istifadə
edirlər. Bunun üçün steril pambıq çaytikanı yağında isladılır və
damaqlara qoyulur.

Çaytikanı yağı ginekologiyada da geniş istifadə olunur. Bu
yağ kolpit, endometrit, vaqinit, servisit kimi xəstəliklərin kompleks
müalicəsində istifadə olunur. Xüsusilə çaytikanı yağı uşaqlıq boynu
eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez
istifadə olunur. Müalicə zamanı çaytikanı yağına batırılmış pambıq
tampon uşaqlıq yoluna qoyulur. Adətən 10-15 belə prosedur təyin olunur.
Selikli qişalar tez bir zamanda bərpa olunur və müalicənin nəticəsi
davamlı olur.

Çaytikanı
yağı özünü müxtəlif dəri xəstəliklərin (psoriaz, neyrodermit, dəmrov,
ekzema, piodermiya və s.), yanıqların, xoraların müalicəsində çöx yaxşı
göstərib. Ənənəvi tibb həmçinin bu yağı müxtəlif yanıqların (gün,
termik, kimyəvi), çətin sağaldılan yaraların, yataq xəstələrində əmələ
gələn yaraların müalicəsində geniş istifadə edir.

Müxtəlif
xəstəliklərin, avitaminozların profilaktikası məqsədi ilə hər gün
yatmazdan əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.

Bəzi xəstəliklər zamanı çaytikanı yağının qəbulu əks-göstərişdir və bu səbəbdən qəbuldan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. Çaytikanı
yağı üz dərisini yumşaldır, qidalandırır, daha elastik edir, xırda
qırışları yox edir, ağardır, piqment ləkələri və çilləri daha az görünən
edir.

Çaytikanı yağı ilə kosmetik maskanın resepti: 2
xörək qaşığı yulaf yarması az miqdarda qaynar suda isladılır. Yarma
şişəndə ora 1 çay qaşığı çaytikanı yağı, 1 çay qaşığı bal əlavə olunur
və yaxşı qarışdırılır. Maska təmiz üz dərisinə çəkilir və 20 dəqiqədən
sonra ilıq su ilə yuyulur.

Çaytikanı
yağı həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Həftədə 1
dəfə saçların köklərinə çaytikanı yağı sürtün və 30 dəqiqədən sonra
saçlarınızı yuyun. Saçlarınız daha canlı, sağlam və parlaq olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!