Alma yemək üçün 12 səbəb

Alma yemək üçün 12 səbəb
Xalq təbabəti
10.09.2017 36
Alma ən faydalı meyvələrdən biri sayılır. İngilislər deyir ki, hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq.



Almanın
orqanizmə olan faydasını tibb də təsdiq edir. Kardioloqlar israrla öz
xəstələrinə hər gün bir neçə alma yeməyi tövsiyə edirlər. Almanın
faydası haqqında daha ətraflı məlumat verək:



1.
Kalium və dəmirlə zəngin olan alma insanın ürək-damar sistemi üçün
olduqca xeyirlidir. Ürək-damar sistemi xəstəliklərin profilaktikası üçün
hər gün bir neçə alma yemək lazımdır.



2. Dünya onkoloqları sübut edir ki, almanın daim qəbulu insanı xərçəng xəstəliklərindən qoruya bilər.



3.
Sellülozla (təbii liflər) zəngin olan alma bağırsaqların fəaliyyətini
yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Qəbizlikdən əziyyət
çəkən insanlar hər gün səhər tezdən alma yeməlidir. Bu bağırsaqları
"oyadacaq" və gün ərzində daha yaxşı işləməyə kömək edəcək.



4. Almada olan sellüloz bağırsaqlarda yığılan toksinləri, şlakları və digər ziyanlı maddələri təmizləyir.



5. Alma dəmirlə zəngindir və bu səbəbdən qara ciyər üçün çox xeyirlidir.



6.
Alma dişlər və damaqlar üçün də çox xeyirlidir. Alma damaqların qan
dövranını yaxşılaşdırır, dişləri isə onlara yapışmış qida qalıqlarından
təmizləyir. Əgər qida qəbulundan dərhal sonra siz dişlərinizi təmizləyə
bilmirsinizsə, 1 dənə alma yeyin.



7.
Alma arıqlamağa kömək edir. Alma kalorilərlə zəngin deyil, lakin almada
olan sellüloz orqanizm tərəfdən uzun müddət ərzində mənimsənilir və
buna görə insan aclıq hiss etmir. Məhz bu səbəbdən alma müxtəlif
arıqlamaq üçün olan pəhrizlərdə istifadə olunur.



8.
Alma hipoallergen məhsul sayılır (allergiyalara səbəb olmur) və bu
səbəbdən almanı allergiyadan əziyyət çəkən insanlar da qorxmadan yeyə
bilər.



9. Alma qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.



10.
Alma, alma şirəsi qan damarları möhkəmləndirir, onları daha elastik
edir. Alma sirkəsi varikozla mübarizədə ən effektli təbii müalicəvi
vasitələrdən biri sayılır.



11. Yodla zəngin olan alma qalxanvari vəzi xəstəliklərin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.



12. Sübut olunub ki, alma beyinin fəaliyyətini yaxşılaşdırır, beyinin qocalmasını ləngidir.



Təbii ki, bütün dediklərimiz xarici ölkələrdən gələn almalara deyil, yerli almalara aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!