Nar şirəsinin üzə faydaları

Nar şirəsinin üzə faydaları
Xalq təbabəti
10.09.2017 47
Qədim
zamanlardan bəri gözəlləşmək istəyənlər nar şirəsindən istifadə edib.
Çünki nar şirəsi dərini cavanlaşdırır, onun daha ağ və qüsursuz
görünməyini təmin edir. Ancaq daha effektli təsir üçün nar şirəsini üzə
çəkmək lazımdır.



Narın dəriyə faydalarını və ondan istifadə qaydalarını təqdim edir:



Nar antioksidantlarla zəngin olduğu üçün dəridəki yaşlanma
əlamətlərini aradan qaldırır. Tərkibindəki B5 ve C vitaminləri sayəsində
dərini qoruyur.



Nar şirəsi və narın tumlarından əldə edilən yağ dəri hüceyrələrini
yeniləyir. Həmçinin, dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur.



Nar həm bakteriyalar, həm həzm
sistemində yaranan problemlər, həm də hormonların balansının pozulması
səbəbindən yaranan sızanaqları aradan qaldırır.



Bunun üçün gündə 1 stəkan nar şirəsi içmək, həmçinin üzü gündə 2 dəfə
nar şirəsinə batırılmış pambıqla silmək lazımdır. Nar şirəsi
sızanaqları sağaltmaqla yanaşı, sızanaq ləkələrini də aradan qaldırır.



Təzə narla dəriyə qulluq etmək istəyirsinizsə, onun qabığını
təmizləyin. Nar dənələrini mikser vasitəsilə lapa halına gətirin. Əldə
etdiyiniz maskanı üz və boyun bölgəsinə çəkin. 20-25 dəqiqə gözləyib
ilıq su ilə üzünüzü təmizləyin. Narın faydasını görmək üçün bu maskanı
2-3 həftə hər gün çəkməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!