Kinkan dəmləməsi

Kinkan dəmləməsi
Xalq təbabəti
10.09.2017 63
Kinkan çox faydalı meyvədir. Kinkan geniş profilaktik və müalicəvi xüsusiyyətlərə malikdir:

- vitamin və minerallarla olduqca zəngindir, soyuq fəsillərdə orqanizmi lazım olan maddələrlə təmin edir

- iltihabları azaldır

- orqanizmə virus və göbələkəleyhinə təsir edir

- immuniteti möhkəmləndirir, orqanizmin viruslara və mikroblara qarşı davamlılığını artırır

- sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, gərginliyi və stresi azaldır

- qanda xolesterinin səviyyəsini aşağı salır, ürəyi və damarları möhkəmləndirir.

Kinkandan
çox faydalı dəmləmə hazırlamaq olar. 7 dənə kinkan xırda doğranır,
termosda 1/2 l qaynar suda dəmlənir. 2 saatdan sonra dəmləmə süzülür və
gün ərzində ilıq halda içilir. Qəbul etdikdən əvvəl 1 fincan dəmləməyə 1
çay qaşığı bal və bıçağın ucunda üyüdülmüş zəncəfil əlavə edilir. Belə
dəmləməni hər gün içmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!