İmmuniteti yaxşılaşdıran vitaminli çaylar

İmmuniteti yaxşılaşdıran vitaminli çaylar
Xalq təbabəti
10.09.2017 21
Soyuq fəsillərdə biz daha çox soyuqdəymə xəstəliklərinə tutuluruq. Bu
xəstəliklərin profilaktikası üçün və ya soyuqdəymənin ilk simptomlarında
faydalı vitaminli çayların qəbulu sizə çox yaxşı kömək edə bilər.



1. Zəncəfilli çay

Orta
ölçüdə olan zəncəfil kökünü sürtgəcdən keçirin, 1 xörək qaşığı quru
nanə əlavə edin və üzərinə 1/2 l qaynar su töküb 30 dəqiqə ərzində
termosda dəmləyin. Daha sonra dəmləməni süzün və zövqə görə bal əlavə
edib için.

 

2. Limonlu-ballı çay

Bu sadə vasitə
əsl təbii dərmandır. 1 stəkan ilıq (40 C-dən yuxarı olmamalıdır) suya 1
limonun şirəsini sıxın və 1 xörək qaşığı duru bal əlavə edib qarışdırın
və dərhal için. Gün ərzində 1-2 stəkan qəbul etmək olar.

 

3. İtburnu dəmləməsi

İtburnu immuniteti yaxşılaşdırır və orqanizmin infeksiyalara olan davamlılığını artırır.

3
xörək qaşığı itburnu meyvələri yaxşı yuyulur, xırda doğranılır və
termosda 1/2 l qaynar suda dəmlənilir. 1 saatdan sonra dəmləməni 2-3
dəfə bir neçə dəfə qatlanmış təmiz tənzifdən süzün və gün ərzində adi
çay kimi qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə limon şirəsini və
bal (zövqə görə) əlavə edin.

 

4. Çobanyastığı çayı

Bu çay da immun sisteminə müsbət təsir edir, iltihablarla mübarizə aparır.

1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar suda dəmləyin və bal əlavə edib için.

 

5. Quru meyvələrin dəmləməsi

5
dənə ərik qurusu, 5 dənə qara qavalı, 1 ovuc qara kiçmiş yaxşı yuyulur,
termosa qoyulur və üzərinə 1/2 l qaynar su əlavə olunur. 1 saat
dəmləyin və gün ərzində için.

 

6. Darçınlı-mixəkli çay

3
dənə mixək, 1/2 çay qaşığı darçın 1/2 l qaynar suda termosda dəmləyin,
üzərinə 1/2 portağalın şirəsini sıxın və 2 xörək qaşığı bal əlavə edib
adi çay kimi gün ərzində için.

Bu çayları dəmlədikdən sonra dərhal
içdikdə effekt daha yaxşı olur. Uzun müddət ərzində dəmlənmiş çayları
saxlamayın - onların faydası azalır.

Daha yaxşı effekt almaq üçün gün ərzində müxtəlif çaylardan istifadə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!