Herpesin xalq təbabəti üsulları ilə müalicəsi

Herpesin xalq təbabəti üsulları ilə müalicəsi
Xalq təbabəti
10.09.2017 73
İnsanların əsas hissəsi herpes virusunun daşıyıcısıdırlar.

İnsanın immun sistemi möhkəm olduqda virus özünü heç bir əlamətlə büruzə verməyə bilər. Lakin immunitetin hətta yüngül zəifləməsi zamanı herpes "başını qaldırır" və insanın dodaqlarında kiçik ağrılı səpgilər əmələ gəlir. İnsanların əksəriyyəti bu kiçik yaranı məhz "herpes" adlandırırlar.

Herpesi müalicə etmək üçün bir çox dərman preparatları mövcuddur. Lakin bəzi təbii vasitələr var ki, bu vasitələr herpes zamanı çox yaxşı müalicəvi effekt verir. Bu vasitələr arasında:

- Şam ağacı yağı çox yaxşı antiseptik vasitədir. Bu yağı herpesin üzərinə tez-tez çəkmək lazımdır.

- Çaytikanı yağı da çox effektli yarasağaldan vasitədir.

- Bərəmum (propolis) iltihabəleyhinə və antiseptik təsir göstərir, yaraların sağalmasını sürətləndirir. Bərəmumun kiçik hissəsini sürtgəcdən keçirin və 1/3 stəkan qaynar suda dəmləyin, 1 gün saxlayın, sonra isə islatma şəklində istifadə edin.

- Sarımsaq da herpeslə mübarizədə yaxşı kömək edir. Sarımsağı əzib şirəsini yaranın üzərinə tez-tez çəkin.

- Soğan şirəsi də sınanmış iltihabəleyhinə vasitədir. Soğan şirəsini sıxıb herpesin üzərinə çəkin.

- 1 xörək qaşığı çobanyastığı 1 stəkan qaynar suda dəmləyin və yaranın üzərinə islatma şəklində qoyun. Həmçinin dəmləməni gün ərzində kiçik qurtumlarla daxilə qəbul edin.

- Aloe çox güclü antiseptik vasitədir. Aloe bitkisinin şirəsini yaraya çəkin.

- Moruq öz antiseptik xüsusiyyətləri ilə tanınır. Gün ərzində yaraya tez-tez moruğun şirəsini çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!