Mədə xorası zamanı qoz südü

Mədə xorası zamanı qoz südü
Xalq təbabəti
10.09.2017 34
Qoz çox faydalı məhsuldur. Onun tərkibində insan orqanizmi üçün lazım
olan nadir maddələr (yağlı turşular, zülallar, vitaminlər, minerallar)
var.

Qoz, onun yarpaqları, arakəsmələri, qabıqları, yağı xalq təbabətində təbii müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

 

Qoz baş ağrısı, yuxusuzluq, skleroz zamanı istifadə olunur:

- 3-4 qoz xırdalayın 1 çay qaşığı balla qarışdırın və axşam yatmazdan əvvəl qəbul edin.

Ürəyin işemik xəstəliyi, hipertoniya, qanazlığı zamanı da qozla balın qarışığı çox yaxşı müalicəvi təsir edir.

 

Orqanizmi möhkəmləndirən vasitə

-
Qoz, kişmiş, ərik qurusu, əncir (hərəsindən 2 xörək qaşığı), 1/2 limon
(qabıqlı)  blenderdə əzilir, 3 xörək qaşığı bal əlavə olunur və yaxşı
qarışdırılır. Hər gün acqarına bu qarışıqdan 1 xörək qaşığı qəbul edin.

 

Mədə xorası zamanı qoz südü:

-
20 qr qoz blenderdə əzilir, üzərinə 100 ml qaynanmış ilıq su əlavə
olunur. 30 dəqiqədən sonra mayeni süzün, 2 çay qaşığı bal əlavə edin və
yaxşı qarışdırın. Hər gün qida qəbulundan 30 dəqiqə əvvəl bu südü 1
desert qaşığı olmaqla için.

Sağalmayan yaralar, xoralar, dəri
xəstəlikləri (ekzema, dəmrov), təzə yanıqlardan sonra qalmış izlər
zamanı qoz yarpaqlarının dəmləməsi istifadə olunur. Bunun üçün 2 xörək
qaşığı qoz yarpağı 1 stəkan qaynar suda dəmlənilir, soyudulur və
islatmalar şəklində istifadə olunur (tənzif isladılır və zədələnmiş
dəriyə qoyulur).

Bu məqsədlə həmçinin qoz yağı da istifadə olunur.

Həmçinin
qoz yarpaqları və qabıqları dəmləməsi ağız boşluğu iltihabları, damaq
iltihabları, angina zamanı qarqara şəklində istifadə olunur. Bu dəmləmə
damaqların qanamasını azaldır, damaqları möhkəmləndirir.

 

Qoz yarpaqları və qabıqları dəmləməsi ishal zamanı qarın "yığmaq" üçün istifadə olunur:

-
1 xörək qaşığı yarpaqlar və qabıqlar (qarışıq) 1 stəkan qaynar suda 30
dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində 3 dəfə 1/3 stəkan
olmaqla içilir.

Belə dəmləməni dəridə səpgilər olan ("bişməcə") körpələrin çimizdirilməsi zamanı da istifadə etmək olar.

Həmçinin
bu dəmləmə ayaqların tərləməsini azaldır, ayaqlardan gələn pis qoxunu
yox edir (10 gün ərzində ayaq vannaları etmək lazımdır).

Qoz
yarpaqlarının dəmləməsi sidikqovucu təsir edir. 1 xörək qaşığı yarpaq 1
stəkan qaynar suda dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/4
hissəsi olmaqla qəbul edilir. Bunu 4-5 gün ərzində etmək lazımdır.

Yaşıl
qoz orqanizmi şlaklar və toksinlərdən təmizləyir. Təbii dərman
hazırlamaq üçün 30 dənə yaşıl qoz xırdalanır, üzərinə 1 l ilıq su əlavə
olunur, 7 gün ərzində qaranlıq sərin yerdə saxlanılır, daha sonra
süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!