Yaşıl qozun balla qarışığı - min bir dərdin dərmanı

Yaşıl qozun balla qarışığı - min bir dərdin dərmanı
Xalq təbabəti
10.09.2017 78
Hamı bilir ki, qoz çox faydalı məhsuldur. Xalq təbabətində qozun
ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif
xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur.

Kal yaşıl qoz
çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr
yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox
vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod),
antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı
maddələrlə zəngindir.

Xalq təbabətində yaşıl qozun balla qarışığı
"min bir dərdin dərmanı" sayılır və bir çox xəstəliklərin və
pozulmaların müalicəsində uğurla istifadə olunur.

 

Beləliklə, bu qarışıq:

- qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,

- qanı təmizləyir,

- qurdqovucu təsir edir,

- qara ciyəri və bağırsaqları təmizləyir,

- artıq çəkidən azad olmağa kömək edir,

- orqanizmi cavanlaşdırır,

- immun sistemini möhkəmləndirir,

- orqanizmə xərçəng əleyhinə təsir edir.

 

Qarışığın hazırlanması:

1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.

2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.

3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.

4.
Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda
və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı
qarışdırın).

5. Hazır qarışıq soyuducuda saxlanılır.

 

Qarışığın istifadəsi:

Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.

Bu qarışığı istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!