Gözəlliyi və sağlamlığı qoruyan - tibet resepti

Gözəlliyi və sağlamlığı qoruyan - tibet resepti
Xalq təbabəti
10.09.2017 25
Bu reseptin köməyi ilə orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləmək, orqanizmin fəaliyyətini yaxşılaşdırmaq, iltihabları azaltmaq, orqanizmi cavanlaşdırmaq və bərpa etmək olar.

Bu çox effekti və sınanmış vasitədir.

50 qr dazı otu, 50 qr solmaz çiçəyi, 50 qr çobanyastığı, 50 qr tozağacı tumurcuqları götürülür, qarışdırılır və təmiz quru şüşə bankaya tökülür. Bankanı kip bağlayın və sərin quru yerdə saxlayın.

Hər axşam bu qarışıqdan 1 çay qaşığı götürüb termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün, bir qədər soyudun (ilıq olmalıdır) və 1 çay qaşığı bal əlavə edib acqarına için. 30 dəqiqədən sonra qida qəbul etmək olar.

Müalicəni otlar qurtarana kimi davam edin. Belə müalicəni ildə 1 dəfə etmək olar.

Nəzərinizə çatdıraq ki, sizdə hər hansı xroniki xəstəlik və ya pozulma varsa, bu vasitədən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!