Mixək - faydaları və müalicəvi reseptlər

Mixək - faydaları və müalicəvi reseptlər
Xalq təbabəti
10.09.2017 34
Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar gövdəli və həmişəyaşıl ağacdır.

Vətəni
İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi
bir sıra ölkələrdə də yetişdirilir. Əkiləndən 20 il sonra mixək ağacının
çiçək qönçələri toplanaraq istifadə edilir. Ağac 50 ilə qədər ildə iki
dəfə çiçəkləyərək çoxlu məhsul verir.

Mixək heyranedici dad və ətrinə
görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur.
Marinad, sous, pudinq, kisel, kompot və bir sıra şirniyyatlar, qənnadı
məmulatları və xörəklərin hazırlanmasında ədviyyat kimi istifadə edilir.
Uzun müddət qaynama prosesində dad və ətrini itirərək acılaşır. Ona
görə də mixəyi bişirmə və ya dəmləmə prosesinin başa çatmasına 3-5
dəqiqə qalmış əlavə etmək lazımdır.

Mixəyin qönçələri evgenol,
kariofillen, beta-mirsen, pinen kimi ətirli birləşmələrlə zəngindir.
Tərkibində 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol
turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C
vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi
minerallar var. Efir yağları mixəyə özünəməxsus ətir və yandırıcı dad
verir.

Mixək efir yağı bir çox inkişaf etmiş ölkələrində dərman
istehsalı zamanı istifadə edilir. Ondan yerli qıcıqlandırıcı, isidici,
ağrıkəsici, iltihabəleyhinə təsir göstərən məlhəm, balzam və dərmanların
hazırlanmasında istifadə edilir.

Mixək yağı orqanizmə daxil olan
bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan
bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.

Tərkibində
olan P və PP vitaminləri damar divarını möhkəmlədərək selikli qişalarda
ödemi aradan qaldırır, saya əzələlərin spazmını azaldır, burun
tutulmaları və öskürək zamanı inhalyasiya şəklində tətbiq edilir.

Uçucu
xarakterli efir yağları sinir sisteminə sakitləşdirir, gərginliyi
aradan qaldırır və orqanizmi tonuslandırır. İsterik nevrozlar zamanı
aromaterapiya şəklində istifadə edilərkən müalicənin səmərəsini artırır.

Mixək
yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını
yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir
göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş
tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə
mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan
müvəqqəti diş dolğusu kimi istifadə edilir.

Sarımsaq və soğan kimi
qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq
xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən
təsirli vasitələrdən biri hesab edilir.

Mixək efir yağı daxilə qəbul
zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və
göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir,
güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan
qaldıraraq vəziyyəti yüngülləşdirir.

Onun tərkibində olan maddələrin
əksəriyyəti büzücü xarakterlidir, lakin bitki lifləri sayəsində
bağırsaqların peristaltikasını tənzimləmək xüsusiyyətinə malikdir.

Mixək
efir yağının tərkibində olan evgenoldan ginekologiyada geniş istifadə
edilir. Uşaqlıq əzələlərinin yığılmasını gücləndirərək doğuşu
asanlaşdırmaq xüsusiyyətinə malikdir, həmçinin uşaqlığın tonusunu
artıraraq zəif və az olan menstruasiyanı tənzimləyir.

Mixək yağının afrodiziak təsiri cinsi həvəsi artırır.

Artroz, artrit və travma, göz xəstəlikləri, astma, hipotoniya və həşərat sancmaları zamanı da müalicəvi təsirə malikdir.

 

Məsləhət: SOS

Mədə-bağırsaq
sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə
hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora
xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə
çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq
əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə
etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi
də məsləhət deyil.

Xalq təbabətində mixek çox geniş istifadə olunur. Bəzi xalq təbabəti reseptlərini sizə təqdim edirik.

-
200 ml süd qaynama dərəcəsinə çatana qədər qızdırılır, içərisinə
üyüdülüb toz halına salınmış 5 ədəd mixək əlavə edilərək zəif ocaqda 3-5
dəqiqə dəmlənir. Angina və güclü hıçqırıqlar zamanı isti halda ağızda
saxlanaraq içilir.

- 100 ml zeytun yağının üzərinə 1 xörək qaşığı
mixək əlavə edilir, zəif ocaqda qaynayana qədər saxlanır, soyudulur,
süzülür və və ağzı bağlı şüşə qabda soyuducuda saxlanır. Oynaq ağrıları
və gec sağalan yaralarda yerli olaraq istifadə edilir.

- 1 çay qaşığı
balın üzərinə 1 çimdik mixək tozu əlavə edilərək qarışdırılır.
Soyuqdəymə və öskürək zamanı səhər və axşam qəbul edilir.

 

Maraqlı bilgilər

Təzəliyini
və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan
suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində
üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması
isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov
vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ
ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.

Güvə
və ağcaqanaddan qorunmaq üçün 1 ədəd bütöv limon və ya portağalın
üzərinə sıx şəkildə mixək sancılıb otağın künclərinə qoyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!