Qara istiotun müalicəvi xüsusiyyətləri - reseptlər

Qara istiotun müalicəvi xüsusiyyətləri - reseptlər
Xalq təbabəti
10.09.2017 69
Hindistanın cənub-qərbində yerləşən Malabar vilayətini əvvəllər "istiotun vətəni" adlandırırdılar.

Qədim
Hindistanda və Yunanıstanda ən məşhur və bahalı ədviyyatlardan biri
olan qara istiotun yeməklərə əlavə edilməsi həmin vaxtlar qadağan
olunmuşdu, çünki qara istiotdan pul ekvivalenti və dini ayinlərdə
müqəddəs bitki kimi istifadə edilirdi.

Ətrinə, həmçinin xörək, salat,
marinad və şorabalara verdiyi özünəməxsus dada görə qara istiotdan
əzilmiş və dənəli halda istifadə edilməsi bir sıra müasir dünya
ölkələrinin kulinariyasında mühüm yer tutur.

Qara istiotun tərkibində
toxumlara özünəməxsus ətir verən dipenten, fellanderin, seskviterpen və
kariofillen efir yağları, acı dad verən alkaloid piperin, bundan başqa K
vitamini, dəmir, mis, manqan kimi mikroelementlər, qətran, piyli
yağlar, bitki lifləri və nişasta var.

Qara istiotun mədədəki duz
turşusunun sintezini stimulyasiya etməklə həzmi yaxşılaşdırmaq
xüsusiyyətinə malik olması həzmlə bağlı xəstəliklərdə ondan istifadə
olunmasına əsas verir. Həzmi normallaşdıraraq bağırsaqlarda çürümə
prosesi və zərərli qazların əmələ gəlməsinin qarşısını alır, yaranmış
qazların, qaraciyərin dezintoksikasion funksiyasını yaxşılaşdıraraq
orqanizmdən toksiki maddələrin xaric olunmasını, bağırsaqlardan vitamin
və mineralların sorulmasını asanlaşdırır. Qara istiot dad reseptorlarını
qaıcıqlandıraraq iştahanı və həzmi yaxşılaşdırır, qida qəbulundan sonra
ağırlıq hissini aradan qaldırır.

Sidikqovucu və antibakterial
xüsusiyyətlərinə görə sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin
müalicə və profilaktikasında istifadə edilir. Tərkibindəki güclü
antioksidant təsir göstərən maddələr sərbəst radikalları
neytrallaşdıraraq orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının
qarşısını alır.

Qara istiot açıq yaraların üzərinə səpiləndə
qankəsici və antibakterial təsir göstərir. Yerli olaraq ilan, əqrəb və
həşərat sancmaları zamanı istifadə edilir.

Qara istiotun tərkibində
olan piperin orqanizmə selen, B qrupu vitaminləri, beta-karotin,
kurkumin və bir sıra digər faydalı maddələrin sorulmasını artırır,
orqanizmdə yağların termogenezini sürətləndirərək eneji mübadiləsini
yaxşılaşdırır, artıq piylərin depolanmasının qarşısını alir. Piperin
beyində seratonin və beta-endorfinlərin sintezini artıraraq
əhvali-ruhiyyəni yaxşılaşdırır.

Qara istiot mədənin selikli qişasına
qıcıqlandırıcı təsir göstərərək turşuluğu artırdığına görə qastrit və
mədə xorası olanlar ondan istifadəni minumuma endirməli və ya tamamilə
rasiondan çıxarmalıdırlar. Böyrək, qaraciyər və bağırsaqlarda kəskin
proseslər zamanı, anemiya, stenokardiya, aritmiya və hipertoniya
xəstəliyi zamanı qara istiotdan istifadə edilməsini
məhdudlaşdırılmalıdır.

 

Müalicəvi reseptlər

 

Bel, boyun ağrıları və radikulit

-
20-30 ədəd qara istiot dənələri əzilir və üzərinə 200 ml 40%-li spirt
əlavə edilir. Qaranlıq yerdə hər gün qarışdırılaraq 5 gün dəmlənir,
üzərinə 1 çay qaşığı yodun 3 %-li spirt məhlulu əlavə edilir və hər gün
qarışdırılaraq daha 7 gün dəmlənir, sonra üzərinə 1 xörək qaşığı xörək
duzu əlavə edilir və daha 1 gün saxlanır. Alınan cövhərlə ağrıyan
nahiyələrə islatma qoyulur. Müalicə müddəti 3 gündür.

- 1 xörək
qaşığı əzilmiş qara istiot üzərinə 200 ml zeytun yağı əlavə edilir, zəif
ocaqda 10 dəqiqə isidilir, soyuyandan sonra süzülür, ağrıyan nahiyələrə
islatma qoyulur.

 

Zökəm və qrip

- 100 qram kərə
yağı zəif ocaqda 15 dəqiqə qızdırılır, əridikdən sonra çökdürülərək
süzülür. Yağın duru hissəsinin içərisinə yarım çay qaşığı əzilib toz
halına salınmış qara istiot qatılaraq qarışdırılır, ilıq halda buruna
damızdırılır.

 

Angina və bronxit

- 1 çay qaşığı
əzilmiş qara istiot 1 stəkan balla qarışdırılır, gündə 3 dəfə 1 çay
qaşığı qəbul edilir. Qarışığı 1 ay saxlamaq mümkündür.

 

Böyrək daşı

-
Qara üzüm giləsinin tumları çıxarılaraq yerinə 1 ədəd qara istiot
dənəsi qoyulur, 7 gün ərzində gündə 1 ədəd qəbul edilir. Həmin üsulla
müalicə zamanı daşlar əriyərək sidiklə birlikdə xaric olur.

 

Saç tökülməsi və qırılması

-
Bərabər miqdarda duz və əzilmiş qara istiot qarışdırılır, qatı qarışıq
alınana qədər üzərinə soğan suyu əlavə edilir. Alınan qarışıq saçların
dibinə çəkilir, yarım saat sonra yuyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!