Epilepsiya zamanı xalq təbabəti vasitələri - reseptlər

Epilepsiya zamanı xalq təbabəti vasitələri - reseptlər
Xalq təbabəti
10.09.2017 14
Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

Rəvayətlərə
və tarixi mənbələrə görə, həmin xəstəlikdən bir çox məşhur
şəxsiyyətlər, o cümlədən sərkərdə, siyasət və ədəbiyyat xadimləri
əziyyət çəkmişlər. Onların sırasında Makedoniyalı İsgəndər, Yuli Sezar,
görkəmli rus yazıçısı Fyodor Dostoyevski və başqaları da var. Bəlkə də
elə buna görə də epilepsiyanı "müqəddəs" və ya "ilahi xəstəlik"
adlandırırlar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hazırda
dünyada epilepsiyanın yüngül və ağır formalarda 7 milyona yaxın
daşıyıcısı var. Xəstəliyin meydana çıxmasında irsi amillər də böyük rol
oynayır.

Epilepsiya beynin xronik xəstəliyidir, yeganə və əsas
əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin
qabığının müəyyən bir sahəsində - epileptogen ocaqda neyronlar sinxron
şəkildə oyanır.

Xəstəliyin səbəbləri sırasında kəllə-beyin
travmaları, meningit, ensefalit, insult, dağınıq skleroz, alkoqolizm,
narkomaniya, toksiki zob, qaraciyər xəstəlikləri, revmatizm, artıq
miqdarda insulin qəbulu və kalsium çatışmazlığı daxil edilir.

Epileptik
tutma xəstəliyin ən təhlükəli məqamı sayılır və xəstələrin 2/3-si 18
yaşına qədər ən azı bir dəfə onu keçirir. Yüngül hallarda xəstə ətraf
mühitlə əlaqəni itirir, onun yanında olanlar bunu hiss etməyə bilir,
xəstənin özü isə keçirdiyi halı xatırlamır. Ağır hallarda huşun
itirilməsi ilə əzələlərın qıcolması başlayır, hətta dil qatlanması
xəstənin ölümünə səbəb ola bilir. Bəzi xəstələrdə tutmadan əvvəl aura
adlanan hal baş verir. Aura zamanı epileptik ocağın beynin hansı
hissəsində yerləşməsindən asılı olaraq hərarətin yüksəlməsi, oyanıqlıq,
narahatlıq, bəzən qəribə qoxuların duyulması və ya göz önüdə sayrışan
işıqların gəlməsi kimi hallar yaranır. Xəstə çox vaxt arxası üstə
yıxılır, başı arxaya əyilir, tənəffüs və qırtlaq əzələləri qıc olur,
qıcolma tədricən üz, gövdə və ətrafların əzələlərinə yayılır. Bir müddət
sonra tənəffüs dayanır, üzdə göyərmə və şişkinlik əmələ gəlir, göz
bəbəkləri genəlir.

Belə hallarda xəstəyə mümkün qədər tez həkim
yardımı göstərilməlidir. Epileptik tutma başlayanda xəstəni yıxılıb
əzilməkdən qorumaq üçün bir qədər yumşaq yerdə uzatmaq, dilinin dişləri
arasında qalıb kəsilməməsi üçün qaşığı dəsmala büküb çənəsinin arasında
saxlamaq lazımdır.

Qıcolma keçəndən sonra xəstənin tənəffüsü
yavaş-yavaş bərpa olunur. Əvvəlcə tənəffüs fasiləli və səthi olur, bir
qədər sonra dərinləşir, nəhayət, öz ritmini bərpa edir, göyərmə və üzdə
şişkinlik azalır. Spazmadan sonra xəstənin huşu müəyyən qədər pozulur,
ətrafda olanlara reaksiya vermir, əzələləri süstləşir. Həmin vəziyyət
15-20 dəqiqə davam edəndən sonra xəstə yuxuya gedir. Oyanandan sonra
xəstə ümumi əzginlik və zəiflik hiss edir, başağrısı olur.

SOS!

 

Epilepsiya xəstələrinə qadağandır:

- Çoxlu sərnişin olan ictimai nəqliyyata minmək;

- Əhalinin sıxlıq təşkil etdiyi qapalı məkanlarda qalmaq;

- Kompyüter və televizor qarşısında çox oturmaq, mobil telefonla çox danışmaq;

- Bəzi dərman preparatlarından – antihistaminlər, antidepressantlar, yod tərkibli dərmanlar və anestetiklərdən istifadə etmək.

 

Bəzi xalq təbabəti vasitələri epilepsiya zamanı istifadə oluna bilər:

 

- Pion kökü dəmləməsi

2
xörək qaşığı xırdalanmış pion kökü 3 stəkan qaynar suda 30 dəqiqə
dəmlənir, gündə 3-4 dəfə yeməkdən bir neçə dəqiqə əvvəl 1 xörək qaşığı
qəbul edilir.

 

- Yovşan kökünün kvasda dəmləməsi

2
xörək qaşığı xırdalanmış yovşan kökləri üzərinə 500 ml kvas əlavə
edilərək 5 dəqiqə qaynadılır. Süzüləndən sonra gecə yatmazdan əvvəl isti
halda içilir.

 

- Lavanda çiçəkləri

1 çay qaşığı
quru lavanda çiçəkləri 1 stəkan suda 1-2 dəqiqə qaynadılır, ocaqdan
götürülərək yarım saat dəmlənir. Dəmləmə 2 ay gecə yatmazdan əvvəl 1-2
xörək qaşığı qəbul edilir. Lavanda çiçəkləri ilə müalicəni 2 həftə
fasilə verməklə ilboyu aparmaq olar.

 

- Qıcolma əleyhinə bitki qarışığı

Bərabər
miqdarda damotu, adi yovşan, acı yovşan, qaraqınıq, yağıotu (kiprey),
quşqonmaz, bulaqotu, bozaqgülü, meşə lərgəsi, dalamaz, xardal kökü,
cəbrayılotu kökü və pion kökü qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı
termosa tökülür, üzərinə 2 stəkan qaynar su əlavə edilərək gecə
səhərədək dəmlənir, səhər süzülür. Gün ərzində hər dəfə yeməkdən əvvəl
3-4  dəfəyə içilir. Hər gün təzə dəmləmə hazırlanır.

 

- Qaraqınıq bişirməsi

1
xörək qaşığı quru ot 300 ml qaynar suda 15 dəqiqə dəmlənir, süzüləndən
sonra gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

 

- Ağ öksəotu

Öksəotunun xırdalanmış budaq və meyvələrindən 1 xörək qaşığı 1 stəkan suda dəmlənir və gündə 3 dəfə 1 xörək qaşığı qəbul olunur.

25 qram xırdalanmış öskəotu 100 ml spirtdə 10 gün saxlanır və süzüləndən sonra gündə 3 dəfə 30 damcı qəbul edilir.

- Qatıqotu (dilqanadan) ilə müalicə

2 xörək qaşığı ot 2 stəkan qaynar suda 1 saat dəmlənərək süzülür, gündə 4 dəfə yarım stəkan qəbul edilir.

 

- Qaraqınıq otu ilə qarışıq

10
hissə qaraqınıq otuna 1 hissə pişikotu kökü, hərəsindən 3 hissə
ladankolu və çobandüdüyü otu, hərəsindən 2 hissə cökə çiçəkləri,
öksəotu, dağtərxunu çiçəkləri, bənövşə otu və dəmrovotu əlavə olunur.
Qarışıqdan 2 xörək qaşığı 1 litr suda 10 dəqiqə vam ocaqda qaynadılır,
süzüləndən sonra gündə 3 dəfə yarım stəkan qəbul edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!