Bu bitki qəbizliyi müalicə edir

Bu bitki qəbizliyi müalicə edir
Xalq təbabəti
10.09.2017 22
Murdarça bitkisi qədim zamanlardan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Murdarça ağacının qabığı qəbizlik zamanı çox yaxşı təsir edir - bağırsaqların fəaliyyətini gücləndirir. Hətta ağır xroniki qəbizlik zamanı murdarça qabığı insana yaxşı kömək edir. Bitki çox yumşaq təsir edir, bağırsaqların selikli qişasını qıcıqlandırmır.



- 1 xörək qaşığı  murdarça qabığı üzərinə 1 stəkan qaynar su tökün. 15 dəqiqə ərzində su hamamında qızdırın, süzün və qabıqları yaxşı sıxın. Alınan dəmləməni 1/2 stəkan olmaqla axşam yatmazdan əvvəl için. Adətən 8-10 saatdan sonra bu vasitə lazım olan təsir göstərir.

Çox ağır xroniki qəbizlik zamanı dəmləməni gündə 2 dəfə səhər və axşam 1/2 olmaqla qəbul edirlər.

Müalicə müddəti - 7 gün.

Bütün digər qəbizliyi müalicə edən vasitələr kimi bu vasitə də alışma yaradır və daha sonra təsir etmir və ya çox gec təsir edir. Bu səbəbdən qəbizlik zamanı murdarça qabığını digər vasitələrlə növbələşmək lazımdır.

Həmçinin murdarça qabığı sağlam insanlarda bağırsaqların və bütün orqanizmin təmizlənməsi məqsədi ilə istifadə oluna bilər.

Murdarça qabığı sidikqovucu təsir edir, böyrəklərdən və sidik yollarından duzları xaric edir, ödemləri azaldır, dəri xəstəlikləri (ekzema, çiban və s.), babasil, anal çatları (oturaq vannaları şəklində) zamanı istifadə oluna bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!