Öskürək keçmirsə, bu təbii vasitədən istifadə edin!

Öskürək keçmirsə, bu təbii vasitədən istifadə edin!
Xalq təbabəti
10.09.2017 45
Öskürək soyuqdəymə xəstəliklərinin ən xarakterik simptomlarından biridir. Öskürək orqanizmin təbii qoruyucu reaksiyasıdır.

Öskürəyin köməyi ilə nəfəs yolları mikroblardan, selikdən, tozdan və s. ziyanlı maddələrdən azad olur.

Öskürək, bronxit antibiotiklərlə müalicə  olunmur. Xəstə sadəcə öz orqanizminə kömək etməlidir - daha çox maye içməli (bu bəlğəmin xaric olunmasını sürətləndirir) və lazım olduqda bəlğəmgətirici vasitələrdən istifadə etməlidir. Təbii bəlğəmgətirici vasitələr çox yaxşı kömək edir. Sarımsaqlı süd də bu vasitələrdən biridir.

Bu təbii dərmanı hazırlamaq üçün 2 diş sarımsaq sarımsaqəzənlə stəkana sıxılır, üzərinə  1 stəkan qaynar süd tökülür, dəmlənilir. Süd ilıq olduqda 1 çay qaşığı bal əlavə olunur və kiçik qurtumlarla içilir.

Bu tanınmış təbii vasitə həmçinin qurdqovucu təsirə malikdir və sinir siteminə sakitləşdirici təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!