Badam südü - immuniteti gücləndirən, öskürəyi sağaldan içki

Badam südü - immuniteti gücləndirən, öskürəyi sağaldan içki
Xalq təbabəti
10.09.2017 23
Badam bir çox vitamin və minerallarla zəngindir. Badam südü bizə Hindistandan gəlib.

Orada bu süd qədim zamanlardan çox təsirli müalicəvi və profilaktik vasitə kimi istifadə olunur.



Badam südünün  faydaları:

- ürək-damar sisteminin xəstəliklərinin qarşısını alır

- sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı yaxşılaşdırır

- immun sistemini möhkəmləndirir

- öskürək və bronxit zamanı müalicəvi təsir edir

- böyrəkləri təmizləyir

- maddələr mübadiləsini yaxşılaşdırır

- kişilərdə potensiyanı yaxşılaşdırır

- dərinin, saçların vəziyyətini yaxşılaşdırır.



Badam südünün hazırlanması:

1. 30 badam ləpəsi götürülür (şirin badamdan istifadə edin).

2. Badamın üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur.

3. Badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, blenderdə yaxşı əzirik.

4. Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq.

5. Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik.

Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!