Portağal qabığının faydaları

Portağal qabığının faydaları
Xalq təbabəti
10.09.2017 21
Portağalı
yeyir, qabığını isə tullayırıq. Lakin lazımsız bilib tulladığımız
portağal qabığı düşündüyümüzdən də çox işimizə yaraya bilər. 

Qabyuyan
maşınınızdan pis qoxu gəlir? Onu aradan qaldırmaq üçün çox düşünməyə,
müxtəlif təmizləyici vasitələr almağa ehtiyac yoxdur. Sadəcə maşının
çəngəl-bıçaq bölməsinə 2-3 ədəd portağal qabığı qoyun, daha sonra onu
işə salın. Qablar yuyulduqdan sonra qabyuyanın qapağını açanda burnunuza
yalnız xoş ətirlər gələcək. 

Portağal
meyvəsinin qabığını evin müxtəlif yerlərində qoysanız həm həşəratlardan,
həm də evdə olan pis qoxulardan xilas ola bilərsiniz. 

Meyvə qabığının
faydaları bununla da bitmir. Payız və qış aylarında quruyan dərinizi
nəmləndirmək üçün də heç düşünmədən portağal qabığından istifadə edə
bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!