Limonun faydaları

Limonun faydaları
Xalq təbabəti
10.09.2017 23
Artıq çəki problemindən xərçəngə qədər bir çox dərdə dərman olan limonu daha tez-tez yemək istəyəcəksiniz!

Limonun
tərkibindəki qida dəyərinin yüksək olduğunu demək az olar. Yalnız əlavə
olunduğu yeməklərə ləzzət əlavə etməklə qalmaz, sağlamlıq baxımından da
bir çox faydası var. Suyundakı flavonoidlər antioksidant tərkiblidir və
bu səbəbdən bir çox xəstəliyi sağaltmaq və hətta qarşısını almaq üçün də
əhəmiyyətlidir.

Böyrək daşlarının qarşısını alır

Hər gün yarım stəkan limon suyu içmək, sidik sitrat səviyyələrini
yüksəldir. Araşdırmalar bunun böyrək daşlarını əngəlləməkdə olduqca
təsirli olduğunu göstərir.

 

Boğaz ağrısını sakitləşdirir

Limon suyunu balla qarışdıraraq istehlak etmək hər hansı bir boğaz ağrısını yüngülləşdirməyə yardımçı olur.

 

Artıq çəki verməyi dəstəkləyir

Limon suyu artıq çəki itkisi mübarizələrinə kömək göstərən həll oluna bilən bir lif olan pektin tərkiblidir.

 

Günə yaxşı başlamanızı təmin edir

Kofeinli içkiləri bir kənara qoyun və günə isti suya qatılmış təzə
limon suyu ilə başlayın. C vitamini möhkəmlətməsi olduğu kimi, həzm
sisteminizi sürətləndirməyə də yarayır.

 

Qaşınmanı dayandırır

Sarmaşıq və ya həşərat sancmalarından yaranan qaşınmalar söz mövzusu
olduğu zaman, qaşınan bölgə üzərinə limon suyu çəkiləndə rahatlama təmin
edilir.

 

Həzm sistemini sürətləndirir

Həkimlər limon suyunun artıq çəki verməyə çox təsirli olduğunu hər
fürsətdə dilə gətirir. Orqanizminizin lazımsız tullantılardan daha
sürətli şəkildə təmizlənməsi üçün limon suyuna qatılmış kətan toxumu
içmənizi təklif edir.

 

Xərçəngin qarşısını alır

Araşdırmalara görə, limon hüceyrələri xərçəng hüceyrələrinin yaranmasına yol açan zədələrdən qoruyan maddələrə malikdir.

 

Kalium gücü

Orqanizminizə kalium qatmağın yeganə yolu banan deyil. C vitamininə
əlavə olaraq, limon orqanizminizin güclü və çevik qalmasına yardımçı
olacaq kaliumun da 80 milliqramnı verir.

 

Qızdırmanı salır

Qızdırmanız olduğu zaman limon suyu qarışımları içmək qızdırmanızın daha sürətlə düşməsinə yardımçı olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!