Yumurtalıq kistasına qarşı qara üzüm

Yumurtalıq kistasına qarşı qara üzüm
Xalq təbabəti
10.09.2017 38
Bir
qrup elm adamı tərəfindən aparılan araşdırma zamanı qara üzüm yeməyin
yumurtalıqlarda əmələ gələn kistaları müalicə etdiyi məlum olub. 



Bir
neçə universitetin elm adamlarından təşkil olunan qrup laboratoriya
sınaqlarından sonra qara üzüm yeməyin qadınlarda menstruasiya
pozğunluğu, sonsuzluq, hamiləliyin pozulması kimi bir çox problemlərə
səbəb olan kistalara qarşı müalicəvi təsiri olduğu nəticəsinə gəlib. 



Araşdırmanın
üzvlərindən biri olan İstanbul Elm Universiteti Fizioloji Fundamental
elm üzrə tədris üzvü və Eksperimental Cərrahiyə və Araşdırma Mərkəzinin
məsul üzvü, yardımçı dosent, dr. Oytun Erbaşın fikrincə, ən çox qara
üzümün tərkibində olan resveratrol adlı birləşmə yumurtalıqlarda büyümə
və çox sayda kistanın yaranması ilə müşayiət olunan polikistik over
sindromunu (PKOS) müalicə edə bilər. 



Bu
xəstəliyə qadınlar arasında 5-10 nisbətində rast gəlindiyi və menstrual
pozğunluq, civzə, köklük, insulinə davamlılıq, tüklənmə, sonsuzluq,
hamiləliyin pozulması riskində artım kimi problemlərə səbəb olduğu,
həmçinin damar sərtliyi, uşaqlıq və döş xərçəngi riskini də artırdığı
bildirilir. 



Bu
xəstəliyə qarşı təsirli olan resveratrol həmçinin ərik, üzüm, tut,
alça, fındıq, alma kimi bir çox meyvənin tərkibində də mövcud olan olan
polifenol birləşməsidir. İltihab azaldıcı təsiri vardır. Bu səbəblə də
damar sərtliyi, xərçəng, Alzheimer xəstəliyinə qarşı da qoruyucu
xüsusiyyətə malikdir. 



Araşdırmaların
nəticələri beynəlxaql statuslu qadın xəstəlikləri və doğuş haqqında
jurnal olan "Reproductive Sciences”da dərc olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!