Ananasın gözəlliyə 8 faydası

Ananasın gözəlliyə 8 faydası
Xalq təbabəti
10.09.2017 24
Sağlamlıq üçün faydalı olan ananasdan gözəlləşmək məqsədilə də istifadə edə bilərsiniz.

 

Saç köklərini möhkəmləndirir

Mütəmadi
olaraq, həftədə ən az 3 dəfə ananas yesəniz, saçlarınız tökülməyəcək.
Çünki saçlar kökündən qidalanacaq. Beləliklə, saç tökülməsi problemi
aradan qalxacaq. Antioksidantlar və C vitamini baxımından zəngin olan
ananas saçların daha elastik, saç tellərinin isə qalın olmasını təmin
edir.

Dişləri ağardır

 

Tərkibindəki C vitamini sayəsində diş və diş ətlərini qoruyur.

Dişləri ağardır, həmçinin kariyesdən müdafiə edir.

 

Ölü hüceyrələri təmizləyir

Sözügedən
meyvə dəri üçün ən yaxşı skrab hesab edilə bilər. Ananası əzin və
üzünüzü onunla ovub soyuq su ilə təmizləyin. Beləliklə, dəriniz ölü
hüceyrələrdən xilas olacaq. Həmçinin, üz nahiyəsindəki qan dövranı
sürətlənəcəyi üçün dəri daha parlaq və sağlam görünəcək.

 

Şiş və qırışları yox edir

Ananası
əzib üzünüzə çəkin və 10 dəqiqə gözlədikdən sonra dərinizi soyuq su ilə
təmizləyin. Bu prosedura dərinizi sızanaq, ləkə, şiş, qızartı kimi
problemlərdən xilas etməklə yanaşı, qırışların açılmasına da kömək
edəcək.

 

Qara nöqtələrlə mübarizə aparır

Pambığı təbii ananas şirəsinə bulayıb qara nöqtələrin olduğu bölgələrə çəkin. Bunu 1 həftə ərzində hər gün təkrarlayın.

 

Dodaqlara yumşaqlıq bəxş edir

Bir
miqdar ananasla dodaqları masaj edin. Ananasın tərkibindəki turşular
dodaqlardakı ölü dəri hüceyrələrini təmizləyəcək və daha yumşaq, dolğun
görünməyini təmin edəcək.

 

Dırnaqların qırılmasının qarşısını alır

Dırnaqlarınız
tez-tez qırılır? Onda mütləq ananasdan faydalanmalısınız. Ananas yemək
orqanizmi bütün vitamin və minerallarla təmin etdiyi üçün dırnaqların
möhkəmlənməsinə səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!