Bibəriyə o qədər faydalı bir bitkidir ki, faydalarını saymaqla tükənməz

Bibəriyə o qədər faydalı bir bitkidir ki, faydalarını saymaqla tükənməz
Xalq təbabəti
10.09.2017 13
Bibəriyə o qədər faydalı bir bitkidir ki, faydalarını saymaqla tükənməz.

Bibəriyə revmatizmdən əziyyət çəkənlər üçün əvəzolunmaz bir nemətdir,
nəinki revmatizm bütün iltihabi xəstəliklər üçün çox faydalıdır.

Bibəriyə çox güclü bir immuntet artırıcıdır. Ən azından bu faydasına
görə heç olmasa həftədə 1-2 dəfə bibəriyyə çayını içməyə dəyər.

Bibəriyə çox güclü bir əsəb sakitləşdiricidir. Əgər axşam yatmağınızda
problem varsa, çox əsəbləşirsinizsə sizin üçün çox faydalı olacaq.

Saç tökülməsində bibəriyə çox faydalıdır, beləki bibəriyə saç köklərini
dərinləşdirir, kəpəklənməni götürür. Yuyunduqdan sonra 1 xörək qaşığı
bibəriyəni 1 stəkan suda dəmləyin və sonda saçlarınızı bu su ilə
yaxalayın.

Dəri səpmələrində, qaşınmalarda, diatezlərdə bibəriyə dəmləməsində isladılmış pambıq əskini dəri üzərinə qoyun.

Bibəriyə dəmləməsi ilə boyunu, saç diblərini, qulaq diblərini masaj edən zaman baş ağrısı keçir.

Bibəriyə 15 əsrdir ki xalq təbabətində istifadə olunur. Sübut olunmuşdur
ki, 2-3 gündən bir bibəriyə çayı içən adamlarda skleroz və altzheymer
xəstəliyi olmur.

Arıqlamaq istəyənlər üçün faydalıdır, beləki bibəriyyə başqa arıqladıcı
vasitələrdən fərqli olaraq işlədici təsir göstərmir. Yalnız iştahı
zəiflədir, məncə bu daha mükəmməldir.

Arıqlamaq istəyənlər, bibəriyəni həyətyanı sahələrinizdə dibçəklərə əkin
və həmişə təzə-təzə dərib istifadə edin. Bir balaca köklü olanı əksəniz
yayılıb çoxalan bir bitkidir.

Təzə bibəriyəni yığıb üstünə zeytun yağı tökün, ağzını bağlayın, isti
bir otaqda 10 gün saxlayın, sonra bundan ağrılar zamanı məsələn, qulunc
olanda, revmatizmdə, oynaq ağrılarında masaj edin, çox ağrıkəsici və
fərahladıcı bir təsiri vardır. Bu yağ səpgiləri, sızanaqları və akneləri
də götürür.

Bibəriyə ağız qoxusunu götürür, beləki dəmləməsi ilə qarqara da edə bilərsiniz, təzə yarpaqlarını çeynəyə də bilərsiniz.

Mədə-bağırsaq yarasında, helikobakteri, pilori bakteriyası varsa çayının
içilməsi çox faydalıdır. Bibəriyə çayı yüngül işlədicidir, mədə
bağırsağın hərəkətini artırır, bununla da köpü götürür.

Bəzi adamlar deyirlər ki, yediyim yemək mədəmdə qalıb. Belə adamlar bir
hissə bibəriyə, bir hissə kəcəvər kökü bir-birinə qarışdırıb çayını
içsinlər. Böyrək ağrılarında, soyuqdəymələrdə və ödəmlərdə (su
yığılması) bu çayın gündə 3 dəfə içilməsi faydalıdır. Sidikqovucu təsiri
vardır.

Hamiləlik zamanı və südverən anaların içməsi məsləhət deyildir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!