Duzlu kələmin faydası

Duzlu kələmin faydası
Xalq təbabəti
10.09.2017 7
Duzlu kələm soyuq fəsillərdə bizi bir çox vitamin və minerallarla təmin edə bilər.

Duzlu kələmin tərkibində çoxlu miqdarda C vitamini var. Bu vitamin
insanın immun sistemini möhkəmləndirir, infeksiyalara olan davamlılığını
artırır.

Həmçinin duzlu kələmin tərkibində B6 vitamini var. Bu vitamin zülalın
daha yaxşı mənimsəniləməsinə kömə edir ki, duzlu kələmi ət xörəkləri ilə
birlikdə yemək çox yaxşıdır.

Duzlu kələm kalium, dəmir, maqnezium, sink kimi minerallarla zəngindir.

Duzlu kələmin tərkibində olan liflər həzm proseslərini və bağırsaqların
mikroflorasını yaxşılaşdırır, bağırsaqları təmizləyir. Duzlu kələm təbii
prebiotikdir. Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin
çoxalmasını təmin edir. Bu isə disbakteriozun müalicəsində kömək edir.
Qıcqırtma prosesi nəticəsində çoxlu miqdarda südturşulu bakteriyalar
əmələ gəlir. Məhz bu bakteriyalar bağırsaqların xeyirli mikroflorasını
təşkil edir.

Duzlu kələm bir çox mədə-bağırsaq sistemi xəstəliklərinin
profilaktikasıdır. Belə hesab olunur ki, duzlu kələm hətta bağırsaq
xərçənginin qarşısını alır. Lakin mədə və 12 barmaq bağırsağı xorası,
kəskin qastrit, mədəaltı vəzi, böyrək xəstəlikləri, hipertoniya zamanı
duzlu kələmi yemək olmaz.

Duzlu kələm arıqlamağa da kömək edir. Bunun səbəbi duzlu kələmin insanda
tez bir zamanda toxluq hissi yaratmaqdır. Həmçinin duzlu kələmin
tərkibində olan maddələr piylərin orqanizmdə daha tez parçalanmasını
təmin edir.

Xalq təbabətində duzlu kələm və onun şirəsi müalicəvi vasitə kimi çox
geniş istifadə olunur. Belə ki, duzlu kələmin suyu keçmişdə qurdqovucu,
immuniteti möhkəmləndirən, iltihabəleyhinə vasitə kimi istifadə
olunurdu. Duzlu kələm və onun suyu xalq təbabətində kişilərdə
potensiyanı artıran vasitə kimi tanınır.

Duzlu kələm qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

Həkimlər həftədə 2-3 dəfə duzlu kələmdən hazırlanan salatları yeməyi
tövsiyə edir. Belə salatlara göy-göyərti, istənilən tərəvəzlər və zeytun
yağı əlavə olunur.

Duzlu kələm dedikdə biz ölkəmizdə "molokan kələmi" kimi tanınan kələmi nəzərdə tuturuq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!