Portağal qabığlarını atmayın

Portağal qabığlarını atmayın
Xalq təbabəti
10.09.2017 10
Portağal çox dadlı və faydalı meyvədir. Bunu hamı bilir.

Lakin adətən fikirləşmədən atdığımız portağal qabıqları da çox faydalı məhsuldur.

Portağal qabıqları efir yağları, vitaminlər, minerallar,
bioflavonoidlərlə zəngindir. Portağal qabıqlarından çox xeyirli
müalicəvi içki hazırlamaq olar. Bu içki immun sistemini gücləndirir,
orqanizmi toksinlər, şlaklar, ağır metallar və s. ziyanlı maddələrdən
təmizləyir, ürəyə və damarlara müsbət təsir edir.

Bu içkini hazırlamaq üçün 1 iri portağalın qabıqları götürülür (qabıqlar
qurumuş deyil, təzə olmalıdır). Portağal qabıqları blenderdə əzilir,
üzərinə 1 l otaq temperaturunda olan su əlavə edilir və 1 gün ərzində
otaqda saxlanılır. 1 gündən sonra içki yaxşı süzülür, zövqə görə bal və
1/2 limonun şirəsi əlavə olunur və yaxşı qarışdırılır.

Bu içki soyuqdəymə və qripp xəstəlikləri zamanı da çox yaxşı müalicəvi kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!