Ədviyyatlar əsasında təbii məlhəm: əzələ ağrılarına son

Ədviyyatlar əsasında təbii məlhəm: əzələ ağrılarına son
Xalq təbabəti
10.09.2017 16
Qədim zamanlarda Şərqdə bir çox xəstəlikləri ədviyyatların köməyi ilə müalicə edirdilər.

xardal soyuqdəymə, cirə öskürək zamanı, keşniş toxumu sakiləşdirici kimi istifadə olunurdu və s.

Qədim təbiblər soyuqdəymə, gərginliklə bağlı olan əzələ ağrıları zamanı
ədviyyatlar əsasında hazırlanan çox effektli təbii vasitə istifadə
edirdilər. Bu vasitənin reseptini sizə təqdim edirik.

İnqrediyentlər:

- 1/2 stəkan zeytun yağı

- 1/3 çay qaşığı üyüdülmüş keşniş toxumu

- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil

- 1/3 çay qaşığı üyüdülmüş darçın

- 1/3 üyüdülmüş cövüz

- 1/4 çay qaşığı qara istiot

- 1/4 çay qaşığı üyüdülmüş xardal

Hazırlanması:

Yağı su hamamında qızdırın, içinə ədviyyatları tökün, yaxşı qarışdırın
və 5-7 dəqiqə ərzində su hamamında saxlayın. Soyudun və ilıq halda
ağrıyan əzələyə çəkib massaj edin.

Yağı tünd rəngdə şüşə qaba tökün və sərin yerdə (soyuducuda yox!) saxlayın.

Bu məlhəmi həmçinin öskürək zamanı yatmazdan əvvəl döş nahiyəsinə çəkmək olar.

Soyuqdəymə zamanı bu müalicəvi yağı yatmazdan əvvəl pəncələrə çəkin, massaj edin və isti corab geyinin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!