Gözəllik meyvəsi ananas

Gözəllik meyvəsi ananas
Xalq təbabəti
10.09.2017 24
Bol
miqdarda mineral və vitamin ehtiva edən ananas suyunun tərkibindəki B, C
vitaminləri hüceyrələri yeniləyir, dəri xəstəliklərini aradan
qaldırır. 



Mütəxəssislər
qətiyyətlə iddia edir ki, tərkibində bədənin ehtiyac duyduğu bütün
vitamin və mineralların olduğu ananas suyunun dərini gözəlləşdirməklə
yanaşı, bir çox faydaları var. 



Ananas
immuniteti gücləndirərək bir çox xəstəliyin qarşısını alır.
Tərkibindəki C vitamini günəşdən zərər görən dərini yeniləyir,
kollagenləri qoruyur. Bu xassələri sayəsində ananas müxtəlif krem və
losyonların tərkibində də geniş istifadə olunur. Ananas suyu isə yorğun
dərinin təravətini özünə qaytarır, səpkiləri yox edir. 



Əgər ananasa qarşı heç bir allergiyanız yoxdursa, dərinin yağlılığını ananas dilimləri ilə aradan qaldıra bilərsiniz. 



Mineral
tərkibi isə solğunlaşmış saç və dırnaqların sağlamlığına qovuşmasını
təmin edir. Antioksidant xüsusiyyəti ilə bədəndəki toksinlərin
atılmasını asanlaşdırır. 



Həzm
sisteminin və bağırsağın işini yaxşılaşdırır, həzm yolunu tədricən
təmizləyir. Ananas təzyiq probleminə də müsbət təsir edir. Onun
tərkibində zülalların həzm olunmasına yardım edən xüsusi fermentlər var.
Buna görə də, ananas artıq çəki problemi ilə mübarizədə faydalı qidalar
siyahısına daxildir. 



Ananas necə saxlanılır?

Ananas soyuducuda yaxşı qalır. Bölünmüş ananası isə yumşaq polietilen paketə büküb qoyun. Bu görkəmdə onu dondurmaq da olar. 



Dəyməmiş ananası bir-iki gün otaq temperaturunda saxlasanız, o, daha ləzzətli və yumşaq olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!