Pomelonun faydaları

Pomelonun faydaları
Xalq təbabəti
10.09.2017 19
Son
illər bazarların piştaxtalarında təkəm-seyrək də olsa görünən bu meyvə
öz ölçüsünə görə diqqəti cəlb edir. Pomelo sitrus meyvəsidir. Onun
acımtıl tam verən şirin dadı var. Bu ekzotik meyvənin vətəni Cənub-Şərqi
Asiya, Malayziyadır. Amma pomelonun adına hələ bizim eradan əvvəlki
Qədim Çin traktatlarında rast gəlinir. Elə bizim günlərdə də Çin
ənənlərinə üstünlük verənlər dini bayramlarda bir-birlərinə pomelo
bağışlayar, bu bəxşiş ilə verdiyi insana uğur və çiçəklənmə arzularını
bildirir. Avropada isə pomelo XIV əsrdən tanınmağa başlayır. 



Bu
iri meyvə ilk baxışdan rəngi ilə seçilir. Açıq yaşıldan sarı rəngədək
çalır. Formasına gəlincə isə,şar kimi sortlarından ta armudaoxşar
formalı müxtəlif pomelalara rast gəlmək olar.Bəzi nəhəng pomelaların
çəkisi 10 kq-a çatır. Pomelo portağal, qreypfrut, naringi ağaclarına
oxşayan həmişəyaşıl ağacda bitir.



Faydalılıq
xüsusiyyətlərinə gəlincə isə əgər qreypfrut vitamin və minerallarla
zəngindirsə, pomelo bu göstəriciləri dəfələrlə geridə qoyur. Askorbin
turşusu, C və A vitaminləri, antioksidantlar və efir yağları ilə zəngin
olan bu meyvə fəsil dəyişən zaman əvəzsizdir. Bundan başqa pomelo
soyuqdəymə ilə mübarizədə ideal vasitə sayılır.



Əsl pəhriz meyvəsidir

Pomelonun
faydalı xüsusiyyətləri bununla bitmir. Bu meyvə müxtəlif pəhriz
tərəfdarları üçün əvəzsiz meyvədir. 25-30 kilokaloriyə malik olan pomelo
yağ və zülalların aktiv parçalanmasına kömək edir, aclıq və susuzluq
hissini aradan qaldırır. Onun mineral tərkibində kalium, kalsium, fosfor
və dəmirin faizi çox olduğundan, pomelo ürək-damar xəstəliklərinin
profilaktikasında, qanda şəkərin miqdarı artdıqda və hemoqlobin aşağı
düşdükdə məsləhət görülür.



Pomelo ateroskleroza qarşı profilaktika vasitəsi kimi faydalıdır, hətta xərçəng şişlərinin profilaktikası üçün tövsiyə edilir.



Pomelonu necə seçmək lazımdır

Meyvənin
yetişdiyini müəyyən etmək üçün onu qoxulamaq kifayətdir. Pomelonun
yaydığı ətir nə qədər tünddürsə, meyvəsinin ləti də bir o qədər şirin və
dadlıdır. Bundan başqa meyvənin qabığı qalın və möhkəm olmalı, barmaqla
basdıqda qabıq geri qayıtmalıdır.

 

Pomelo necə yeyilir

Pomelo
çoxdan satışda olsa da bəziləri pomelonu necə yeməyin lazım olduğunu
bilmirlər. Lakin pomelodan kulinariyada istifadə imkanları çox genişdir.
O,müxtəlif meyvə salatlarına zəngin dad bəxş edir, piroqlar üçün əla
içlik sayılır. Dadında azacıq acılıq isə bu meyvədən ət xörəklərinin
souslarına əlavə kimi istifadə etməyə imkan verir. Bundan başqa pomelo
şirə baxımından əlverişlidir, səhərlər onun şirəsini içmək sağlamlığa
çox faydalıdır.

 

Saxlanmasına diqqət

Sadəcə
bu heyrətamiz ekzotik meyvənin saxlama şəraitinə diqqət yetirmək
lazımdır. Qabığı soyulmamış pomelonu otaq temperaturunda 1 ay saxlamaq
olar, yox, əgər onun qabığını soymusunzsa, soyuducuda cəmi 3 gündən
artıq saxlamayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!