Ədviyyatlar

Ədviyyatlar
Xalq təbabəti
10.09.2017 21
Darçın

Yeməklərdə və şirniyyatlarda ləzzət və qoxu verməsi üçün istifadə edilir. Darçın xüsusilə südlü şirnilərdə istifadə edildikdə süddəki zərərli bakteriyaları yox edir. 



Duz

Xörək duzu ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilmişdir. Xörəyə dad verir.



İstiot

Xörəyə acılıq vermək üçün qatılır. İstiotdan əksər xörəklərdə istifadə olunur.



Mixək

Kulinariyada bu tünd ədviyyatı əsasən quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər. Mixək şorba və sous, turşuya da qatılır.



Nanə 

Nanə salat və yeməklərə gözəl qoxusu və fərqli dadıyla ayrı bir ləzzət qatmaq üçün quru ya da təzə olaraq qatıla bilər. Ayrıca, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməklərdən sonra içilə bilər.



Razyana

Əsasən şirniyyata, xüsusilə qoğala qatılır. Xoş ətir və dad verir.



Sumaq

Xəmir xörəklərinə turş dad vermək üçün səpilir. 



Sarıkök

Xörəklərə rəng vermək üçün qatılır. Əsasən ət yeməklərində istifadə olunur. 



Vanilin

Xüsusilə şirniyyatda istifadə olunur, xüsusi ətirə malikdir.



Zirə

Zirənin meyvəsi ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir.



Zəfəran

Qiymətli bitki növüdür. Xörəklərdən əsasən plovda istifadə olunur. Rəng və dad verir



Zəncəfil

Zəncəfil yeyinti sənayesində ətirli ədviyyə kimi geniş istifadə edilir. Xüsusilə şirniyyata qatılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!