Portağal qabığının ağlınıza belə gəlməyən faydaları

Portağal qabığının ağlınıza belə gəlməyən faydaları
Xalq təbabəti
10.09.2017 13
Portağalın özü qədər qabığı da faydalıdır.



Portağalı soyduqdan sonra qabıqlarını atmayın. Çünki qabıqlar bilmədiyiniz bir çox şeydə sizə kömək edə bilər. Xanımlar portağal qabıqlarından gündəlik məişətdə daha çox yararlana bilərlər. 



1.Hava təmizləyici

Portağal qabıqlarından mənzildə hava təmizləyici kimi istifadə etmək olar. Bunun üçün 3 portağal qabığı, bir neçə hil dənəsi, bir cüt reyhan yarpağı, vanel paketi, döyülmüş mixək və 3 çimdik darçın lazımdır. Qazana su toküb 1 xörək qaşığı sirkə və digər məhsulları əlavə edin, suya töküb 5 dəqiqə də qaynadın. Məhlulu daha sorna otağınıza qoyun. 



2. Təmizləyici vasitə

Qabıqları bankaya yerləşdirib, üzərinə sirkə tökün və 6-8 gün saxlayın. Sonra mayeni süzgəcdən keçirin və həmin mayeni çiləyən (püsgürdən) şüşəyə boşaldın. Çirklənmiş sahələrə püskürdüb yaş əski ilə silin. Həmçinin, göyərti və ət doğradığınız lövhələrin təmizliyi üçün portağal qabıqlarından istifadə edə bilərsiniz. Lövhəni qabıqla silərkən bir qədər duz da əlavə etmək olar.



3. Şam kimi istifadə edin

Bunun üçün portağalın dərisini elə çıxarın ki, onun "quyruqcuğu" zərər görməsin. O fitil kimi xidmət edəcək. Sonra qabığın içərisinə yağ tökün, sonra fitili yağla yaxşı isladıb yandırın.



4. Dəri ağardıcı vasitə kimi

Tərkibindəki C vitamininə görə portağal qabıqları təbii ağardıcı hesab olunur. Sadəcə vanna qəbul edərkən yuyulmuş qabıqları suya atın.



5. Həşaratlar əleyhinə vasitə

Portağalın tərkibindəki maddələr həşaratları hürküdür. Məsələn, piknik zamanı portağal qabıqlarını parçalayın və süfrənin ortasına qoyun. Həşəratlar sizi narahat etməyəcək. 



6. Dişlərin ağardılması

Diş pastanızın içərisinə döyülmüş qabıqlar əlavə edin, ancaq nanəli diş pastaları istisna olmaqla. Və yaxud dişləriniz təzə portağalın qabığının içəri hissəsi ilə təmizləyin. Bu dişləri möhkəmləndirəcək və dişlərdəki sarı təbəqəni təmizləyəcək. Həm də bu metodun tətbiqi tamamilə təhlükəsizdir və dişlərə heç bir əks təsir göstərmir.



Diqqət: portağal aldıqdan sonra yaxşıca yuyun. Çünki portağalı uzun müddət saxlamaq üçün satıcılar kimyəvi maddələrdən istifadə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!