Gündə bir ovuc ləpə nələrə qadirmiş?

Gündə bir ovuc ləpə nələrə qadirmiş?
Xalq təbabəti
10.09.2017 16
Badam, qoz, fındıq, keşyu, püstə, makadamiya və s.
müxtəlif faydalı maddələrin əsl zəngin anbarıdır. Həkimlərin fikrinə
görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və
pozulmalardan qoruya bilər.



- Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır.

 

- Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beynin sağlamlığında çox böyük rol oynayır.

 

- Arterial təzyiqin tənzimlənməsinə kömək edir.

 

- Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir
və bununla damarları aterosklerozdan qoruyur. Ateroskleroz insult və
infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır.

 

- Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir.

 

- Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir.

 

- Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini
qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək
edir.

 

- Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır.

 

- Yuxunu normallaşdırır.

 

- İmmun sistemini möhkəmləndirir.

 

- Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyyəsində qocalma proseslərini ləngidir, insanı daha gümrah edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!