Yüksək təzyiq problemini aradan qaldıran təbii üsul

Yüksək təzyiq problemini aradan qaldıran təbii üsul
Xalq təbabəti
10.09.2017 7
Hər yaş qrupu üçün faydalı olan süd yüksək təzyiq problemini də nəzarət altında saxlayır. 



İstehlak
edilən süd və süd məhsullarının tərkibində kalsiumun miqdarının az
olması arterial qan təzyiqini artıraraq hipertoniyaya səbəb olur. Bu
səbəbdən kalsium istehlakının artırılması lazımdır. Kalsium və fosfor
baxımından ən zəngin qidalar isə süd və süd məhsullarıdır. 



Diyetoloq və professor Nəriman İnanc südün ürək sağlamlığına birbaşa müsbət təsir etdiyi qənaətindədir. 



Mütəxəssis yüksək təzyiqi nəzarət altında saxlamaq üçün gündə iki stəkan süd içmək lazım olduğunu vurğulayıb. 



Uşaqlıqdan mütəmadi olaraq süd içmək yaşlandıqca ortaya çıxan ürək xəstəliklərinin qarşısının alınmasında da təsirlidir. 



Mütəxəssis
südün içərisində qan təzyiqini normaya salan zülal, kalsium, fosfor
kimi qida elementlərinin olduğunu vurğulayıb. İnancın fikrincə, südün bu
xüsusiyyəti təzyiqi normal səviyyədə saxlayaraq ürək xəstəlikləri
riskini azaldır. 



Diyetoloq
\"Hər gün süd içərək ürəyin yükünü artıran və damarlara ziyan vuran
hipertoniyanı aradan qaldırmaq mümkündür. Hipertoniya, xüsusilə ürək,
böyrək, göz və beyinə qan aparan damarlarda zədə əmələ gəlməsinə səbəb
olur. Təzyiq xəstələri başda olmaqla yaşından asılı olmayaraq, hər kəs
mütəmadi olaraq 2 stəkan süd içməlidir. Bu, təzyiqi normaya salır”, –
deyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!