Arıqladan kətan toxumunun istifadə qaydaları

Arıqladan kətan toxumunun istifadə qaydaları
Xalq təbabəti
10.09.2017 43
Kətan toxumunun sağlamlıq üçün böyük faydaları olduğunu hər kəs bilir. 



Omega-3
baxımından zəngin olan kətan toxumu ürək xəstəliklərindən qorumaqla
yanaşı xərçəngin qarşısını almaq və arıqlamağı sürətləndirmək kimi
özəllikləri də vardır. Kətan toxumu sağlam qidalanmaya təsir edir və
iştahanı tox tutmaya kömək edir. 



Bəs
bu qədər faydası olan kətan toxumunu necə istifadə etmək lazımdır?
Kətan toxumunun fərqli istifadə qaydalarını təqdim edirik. 



Qovrulmuş
kətan toxumundan sirkə, zeytun yağı, limon və duz ilə sous hazırlayaraq
salatlarınızda istifadə edə və pəhriz menyularınıza əlavə edə
bilərsiniz. 



Dənə-dənə və üyüdülmüş formada gündə maksimum 2 çay qaşığı kətan toxunumu bol su ilə içə bilərsiniz. 



Əgər
kətan toxumunu dənə-dənə qəbul edə bilmirsinizsə, yemək və
şirniyyatlarınıza qata bilərsiniz. Plov, şorba, kabab və s. kimi
müxtəlif yeməklərin üzərinə də kətan toxumu əlavə etmək olar. 



Xəmirdən
hazırlanan şirniyyatların xəmirinə kətan toxumu da daxil edin.
Yumurtanın alternativi olan kətan toxumu xüsusən də yumurtaya qarşı
allergiyası olan insanlar və vegeterianlar üçün yaxşı vasitədir. Yeməyə
daxil etdiyiniz yumurta yerinə kətan toxumu əlavə edin və səhərlər
yeyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!