Öskürəyin ən effektli müalicəsi

Öskürəyin ən effektli müalicəsi
Xalq təbabəti
10.09.2017 26
Turp müxtəlif maddələrlə zəngin olan tərəvəzdir.

Turpun
tərkibində fitonsid maddələri var ki, bu maddələr virus və
bakteriyalarla mübarizə aparır, iltihabı azaldır. Digər faydalı maddə
kükürd bəlğəmgətirici xüsusiyyətlərə malikdir, allergiyanın
simptomlarını azaldır.

Turp
həmçinin A və D vitaminlər, efir yağları, faydalı minerallarla
zəngindir. Turpun bir neçə növü var - ağ, yaşıl, qara, qəhvəyi turp.
Lakin ən faydalı qara turp sayılır. Qara turpun şirəsi bronxit, traxeit,
pnevmoniya, hətta vərəm və göyöskürək zamanı köməkçi müalicəvi vasitə
kimi istifadə olunur və çox yaxşı nəticələr verir. Qara turpdan və
baldan təbii bəlğəmgətirici və iltihabəleyhinə dərmanın hazırlanması:
1. Turpu yaxşı yuyun və yuxarı hissəsini kəsin. Bu hissəni atmayın.

2. Nazık bıçaqla turpun içərisini oyun (çox oymayın).

3. Oyuğa 1-2 xörək qaşığı bal qoyun və kəsilmiş yuxarı hissəsi ilə örtün.

4. Turpu 12 saat ərzındə qaranlıq yerdə saxlayın. 5. Turpu 2-ci dəfə də istifadə edə bilərsiniz. Necə qəbul etmək lazımdır?

Alınmış
şirəni yeməkdən əvvəl 1 xörək qaşığı olmaqla gündə 4-6 dəfə qəbul edin.
Uşaqlara 1 çay qaşığı vermək olar. Böyüklərə şirəni 2 həftə, uşaqlar 1
həftə ərzində qəbul edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!