Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar?

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar?
Xalq təbabəti
10.09.2017 35
1. Alma və darçın

Bir
almanı nazik doğrayın və üzərinə 500 ml təmiz su tökün, 1 çay qaşığı
döyülmüş darçın əlavə edin, soyudun və gün ərzində için. Alma və
döyülmüş darçının birləşməsi sizə maddələr mübadiləsini normallaşdırmağa
və həzm traktını təmizləməyə yardım edəcək.



2. Limon suyu və bal

2
xörək qaşığı təzə sıxılmış limon suyunu 200 ml isti su ilə qarışdırın, 1
çay qaşığı təbii bal, bir çimdik döyülmüş zəncəfil əlavə edin.
Acqarına, zəhər yeməyindən yarım saat əvvəl için. Bu sizə həzm sistemini
təmizləməyə, qan damarlarının divarlarını möhkəmləndirməyə kömək edəcək
və sizə həyat enerjisi bəxş edəcək.

 

3. Zəncəfil içkisi

Az
miqdarda təzə zəncəfil kökünün (3-4 sm) qabığını soyun və xırda-xırda
doğrayın, üzərinə 1 litr qaynar su tökün, qaynadın və orta odda 10
dəqiqə bişirin və sonra süzün. Soyuduqdan sonra bir çimdik döyülmüş
darçın və bir neçə xörək qaşığı itburnu siropu əlavə edin. Gün ərzində
yeməkdən yarım saat əvvəl 100-150 ml için. Bu zaman həzm sistemi,
maddələr mübadiləsi normallaşır, həyat tonusu qalxır və bu içkinin
bərpaedici xüsusiyyətləri özünü göstərir.

 

4. Çuğundur şirəsi

1
ədəd çuğundur, 2 alma və 4 kərəviz sapından təzə sıxılmış şirə
hazırlayın, gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl 1 xörək
qaşığı qəbul edin.

 

5. Sağlamlıq kokteyli

1
portağal, 1 limon və 1 kökdən təzə sıxılmış şirələr hazırlayın, 100 ml
mineral su ilə qarışdırın. Acqarına yeməkdən yarım saat əvvəl için. Bu
kokteyl yorğunluğa qarşı mükəmməl vasitədir, tərkibində yüksək miqdarda
antioksidant mövcuddur.



6. Xiyar və kərəviz

1
xiyar və 1 kərəviz kökünü xırda doğrayın, 300 ml su əlavə edin. Gün
ərzində için. Bu içki ağır, yüklənmiş günlər üçün idealdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!