Bağırsaqları təmizləyən 4 detoks resepti

Bağırsaqları təmizləyən 4 detoks resepti
Xalq təbabəti
10.09.2017 27
Qəbul edilən qida əvvəlcə mədəyə, oradan isə nazik, daha sonra da yoğun bağırsağa keçir.



Yoğun
bağırsaqda həzm olunmamış qida qalıqları, toksinlər yığılır və sonra
çölə çıxır. Lakin müasir həyat tərzi bağırsaqların işini çətinləşdirir.
Bağırsaqlar pis işləməyə başlayır, normal boşalmır və nəticədə burada
çoxlu miqdarda toksinlər və digər ziyanlı maddələr toplanır.
Bağırsaqlarda toplanan ziyanlı maddələr bütün orqanizmi daim
intoksikasiya (zəhərləyir) edir. Bu zaman bağırsaqları təmizləmək lazım
olur.



Bağırsaqların
təmizlənməsi müxtəlif üsullarla həyata keçirilə bilər. Bir çox
klinikalarda hidrokolonoterapiya kimi prosedura təklif olunur. Bu
prosedura zamanı bağırsaqlara xüsusi aparatın köməyi ilə su daxil
edilir, bağırsaqlar əsaslı şəkildə yuyulur və orada olan nəcis daşları,
toksinlər və s. xaric olunur. Bağırsaqların təmizlənməsi üçün, adətən,
bir neçə belə prosedura lazım gəlir. Təbii ki, bu proseduralardan əvvəl
pasiyent mütləq həkim müayinəsindən keçməlidir. Qeyd edək ki,
hidrokolonoterapiyanın müəyyən əks-göstərişləri də var.



Alma suyuyla bağırsaq təmizliyi

Alma şirəsinin tərkibindəki vitaminlər, minerallar və liflər qaraciyər və bağırsaqları təmizləyir.



Günə
1 stəkan alma suyu ilə başlayın. 30 dəqiqə gözləyin və bir stəkan su
için. Bunu 3 gün ərzində gündə bir neçə dəfə olmaqla təkrar edin. Bu
təmizləmə detoksunu edərkən həddindən artıq qatı qidalardan uzaq durun.



Qatıq ilə bağırsaq təmizliyi

Qatıq
bağırsaq sağlamlığını qoruyan, onun işini asanlaşdıran probiyotiklərdən
ibarətdir. Probiyotiklər bağırsaq hərəkətlərini tənzimləyir və
bakteriyaların əmələ gəlməsini əngəlləyir.



Hər gün qatıq yemək bağırsağın hərəkətliliyini yaxşılaşdırır. Qatığa təzə meyvələr əlavə edərək də yeyə bilərsiniz.





Su ilə bağırsaq təmizliyi

Gündə 8 stəkandan daha çox su içərək bağırsaqlarınızın işləməsinə təkan
verin. Nizamlı su içmək bağırsaqları nəmləndirir və toksinləri bədəndən
xaric edir.



Buğda kəpəyi

Buğda
kəpəyi çox təsirli və təbii vasitədir. Buğda kəpəyi sellülozla
zəngindir. Sellüloz bağırsaqlarda şişir və təzyiq edərək burada yığılmış
ziyanlı maddələri atır. 1 ay ərzində gündə 3 dəfə acqarına 2 xörək
qaşığı buğda kəpəyi qəbul edin və 1 stəkan su için. Kəpəyi süd
məhsulları (qatıq, kefir) ilə qarışdırıb yemək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!