Tut doşabı nə ilə xeyirlidir?

Tut doşabı nə ilə xeyirlidir?
Xalq təbabəti
10.09.2017 20
Doşab çox qiymətli müalicəvi məhsuldur. 



Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur. 



Tut
doşabı ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca
zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki,
bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda
dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı
və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur. 



Doşab
güclü iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən soyuqdəymə
xəstəlikləri zamanı doşab çox yaxşı kömək edir - xəstənin ümumi
vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır. 



Öskürək
zamanı da doşab çox yaxşı kömək edir - bəlğəmi duruldur və bəlğəmin
çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı
doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edib xəstəyə
vermək lazımdır. 



Doşab
immun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir
edir. Xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün doşab
xüsusilə xeyirlidir. 



Kalium
və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır
- ürək əzələsinə müsbət təsir edir, ödemləri azaldır. 



Doşab
qara ciyərin dostudur. Doşab qara ciyərin sağlamlığına çox müsbət təsir
edir - qara ciyəri möhkəmləndirir, ödqovucu təsir edir. 



Belə hesab olunur ki, doşab kişilərdə potensiyanı gücləndirir. 



B
qrupu vitaminlərlə zəngin olan doşan insanın sinir sisteminə də müsbət
təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir.
Güclü əqli və fiziki yorğunluğu zamanı doşabın qəbulu çox xeyirlidir. 



Profilaktika
məqsədi ilə və immuniteti möhkəmləndirmək üçün doşabı hər gün acqarına
yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Böyüklər 1 xörək
qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edə bilərlər. Müalicəvi vasitə kimi
istifadə etdikdə bu doza artırılır. 



Nəzərinizə çatdıraq ki, doşab allergiyaya səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!