Zəfəranın inanılmaz faydaları

Zəfəranın inanılmaz faydaları
Xalq təbabəti
10.09.2017 16
Biz, adətən, ədviyyatlardan xörəklərə, şirniyyatlara yeməyə dad vermək üçün istifadə edirik. 



Ancaq
ədviyyatların bir çoxu sadəcə, xoş qoxusuna və dadına görə deyil, həm
də orqanizmə faydalarına görə sevilir. Bu ədviyyatlardan biri də
zəfərandlır. Türkiyəli həkim-diyetoloq 

Şəbnəm Kandıralı zəfəranın şəfa olduğu xəstəliklərdən danışıb. 



Zəfəran qədim çağlardan bəri ağrıkəsici və təzyiqi sabitləşdirən vasitə kimi istifadə edilib. 



"Dövrümüzün
ən bahalı ədviyyatlarından biridir. Tərkibində 150-dən çox xüsusi maddə
var. Araşdırmalar göstərib ki, xüsusilə, xərçəngə qarşı təsirlidir.
Həzm sistemi problemlərini həll edir”. 



Şəbnəm Kandıralı zəfəranın pəhriz saxlayanlar üçün də ən faydalı ədviyyatlardan olduğunu qeyd edib. 



"İştahanı
kəsir. Arıqlamaq istəyənlər bu ədviyyatdan istifadə etməlidirlər. Bunu
etsələr, gün ərzində həmişəkindən 55 faiz az şirniyyat yeyərlər. Hətta
pəhriz saxlamadan, idmanla məşğul olmadan 8 həftədə 1 kilo arıqlamaq
olar”. 



Diyetoloq
bildirib ki, zəfəranın çayında təsiri daha güclü olur. Odur ki, tez
arıqlamaq istəyənlər onu çay kimi dəmləyib içə bilərlər. 



Şəbnəm Kandıralı zəfəranın depressiyaya meyilli insanlar üçün də faydalı olduğunu vurğulayıb. 



"Zəfəran
xəstənin ruh halına yaxşı təsir edir. Depressiyaya meyilli insanlar
mütləq bu ədviyyatdan istifadə etməlidirlər. Gündə 30 mq. zəfəran qəbul
edərək 6 həftədə ruh halını yaxşılaşdırmaq və stressi azaltmaq
mümkündür”. 



Həkimin sözlərinə görə, zəfəran yaddaş problemləri yaşayanlara da kömək edir. 



"Araşdırmalar
göstərib ki, zəfəran qoca siçanların öyrənmə qabiliyyətini və yaddaşını
gücləndirir. Mütəxəssislər zəfəranın insana da eyni cür təsir etdiyini
düşünürlər. Alzaymer xəstəliyinə yaxalanmaq riski olanlara zəfəran
tövsiyə edilir”. 



Şəbnəm
Kandıralı bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, zəfərandan
həddən artıq istifadənin ölümlə nəticələnə biləcəyini vurğulayıb. 



"Zəfəranı
az miqdarda xörəklərə əlavə etmək və ya çayını içmək olar. Ancaq dozanı
aşmamaq lazımdır. Həddən artıq qəbul edildikdə zəhərlənməyə, dəri və
gözün saralmasına, qusmaya, başın hərlənməsinə, qanlı ishala, burun,
dodaq və göz qapaqlarında qanamaya səbəb ola bilər. Bir dəfəyə 12-20
qram zəfəran qəbul etmək ölümə səbəb ola bilər. 



Maksimum 30 mq. qəbul etmək lazımdır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!