Orqanizminizi adi limonla belə təmizləyin

Orqanizminizi adi limonla belə təmizləyin
Xalq təbabəti
10.09.2017 31
Sevindirici haldır ki, son bir neçə ildə insanlar sağlamlıqlarına və qida rasionlarına böyük diqqət yetirməyə başlayıblar.

ExoBaku.com sizə sağlamlığınızı və gözəlliyinizi uzun müddət
qoruyacaqresept təqdim edir. Adi limonun köməyi ilə siz orqanizminizi
təmizləyə və yaxşı nəticələr əldə edə bilərsiniz.



1. Səhər yeməyi üçün limonlu smuzi

Səhər
yeməyi gündəlik qidanın əsasını təşkil edir. Səhər yediyiniz yeməklər
maddələr mübadiləsinin sürətini müəyyən edir, həzm sistemini işə salır.
Səhərlər meyvə, tərəvəz və giləmeyvəli smuzilərə bir qədər təzə sıxılmış
limon şirəsi və ya çəkilmiş limon qabığı əlavə etmək çox yaxşı
ideyadır.



2. Düz əvəzinə ədviyyat

Yeməkləri
dadlı etmək üçün ona limon şirəsi əlavə etməyiniz məsləhətdir. Duza çox
meyl etməyin, onun əvəzinə xörəyə ovulmuş limon qabığı əlavə edin.

 

3. Günün əvvəlində tonik

Əgər
orqanizminizi yaxşıca təmizləməyə ehtiyac duyursunuzsa bu tonik tez və
effektli təsir göstərəcək. 1 stəkana 1 limonun sirəsini sıxıb, onu ½
ç.q. bal ilə qarışdırın, 1 çimdik istiot, 1x.q. alma sirkəsi və soyuq su
əlavə edin.Toniki yuxudan oyanan kimi için.



4. Salat üçün souslar

Mayonez,
xardal və digər ədviyyatları kənara qoyun.  Bir qədər limon şirəsi, bal
və zeytun yağını qarışdırın.  Zövqə görə duzlayıb istiotlayın və yaxud
da heç duz, istiot əlavə etməyin.



5. Dəri üçün vasitə

Əgər
dəriniz şlaklar səbəbindən səpibsə, limon şirəsi və sarıkökdən ibarət
xüsusi maz düzəldin. Bu iki məmulatı qarışdırın və problemli nahiyələrə
çəkin.

 

6. Limonlu su

1
stəkan linonlu soyuq su həzm sistemini yaxşılaşdırır və əla təmizləyici
təsir göstərir. Su içmək istədiyiniz vaxt doğranmış limon halqaları və
xiyarı suyun içərisinə atıb için. Onları suya qatdıqdan sonra həll
olması üçün bir qədər gözləyin.

 

7. Zəncəfil və limon qarışığı

Limon
və zəncəfil maksimum detoksikasiyanı təmin edəcək. Şirəçəkən maşında 2
ədəd limon və təxminən 5 sm. uzunluğunda zəncəfil kökünü çəkin. Alınmış
şirəni birnəfəsə için. Bu içki xüsusən soyuq havalarda və qışda yaxşı
təsir edir.



8. Limonlu çay

İstənilən
çayı, istər qara, istər yaşıl, istərsə də bitki çayı olsun, limonla
için. Limon onların hər biri ilə yaxşı gedəcək. Bir az limon şirəsini və
ya bir neçə halqasını çaya əlavə edin. Dadlı olmaqla yanaşı, həm də
faydalı olacaq.

 

9. Limonlu şirələr

Sıxılmış
meyvə şirələri sağlam qidanın əsasını təşkil edir. Onların effektini
artırmaq üçün şirəçəkən maşından limon və tərəvəzləri də çəkib əlavə
edin.

Ümümiyyətlə, limon çox möcüəli təsirə malik sitrus meyvəsidir, həm dadlı, həm faydalı, həm də müalicəvi təsirə malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!