Kartofun bu faydalarını heç yerdə oxumamısınız!

Kartofun bu faydalarını heç yerdə oxumamısınız!
Xalq təbabəti
10.09.2017 29
Dünyada
ən çox istifadə edilən tərəvəz kartofdur. Hətta iqtisadçılar iddia
edirlər ki, kartof olmasa idi, dünyada kasıb ailələr indikindən daha çox
əziyyət çəkər və acından ölənlərin sayı inanılmaz dərəcədə artardı.
Qida rasionumuzda böyük yer tutan bu tərəvəzin sağlamlığa zərərli
olduğunu, insanı kökəltdiyini deyənlərin sayı kifayət qədərdir. Ancaq
alimlər kartofun ən faydalı tərəvəzlərdən biri olduğu ilə bağlı
həmfikirdirlər. 



Kartofun daha öncə heç yerdə eşitmədiyiniz faydalı xüsusiyyətlərini
araşdırıb. Belə məlum olub ki, kartof ur (zob) xəstələri üçün faydalı
qida hesab edilir. Çünki tiroid vəzinin düzgün işləməsini təmin edir.
Maqneziumla zəngin olduğu üçün saç və dərinin gözəlliyini
qoruyur.Tərkibindəki B vitamini sayəsində əsəbləri sakitləşdirir,
yorğunluğu aradan qaldırır. Bol miqdarda lif ehtiva etdiyi üçün bağırsaq
xərçənginə qarşı təsirlidir. Bağırsaqlardakı zərərli bakteriyaları məhv
edir. Həmçinin həzm sisteminə yaxşı təsir edir. İshal, qəbizlik kimi
halları aradan qaldırır. Suda bişmiş kartofu əl və ayaqlara maska kimi
çəkdikdə dərini yumşaldır və çatları sağaldır. Tərkibində bol miqdarda C
vitamini var. Elə buna görə də yağları yandırır, immunitet sistemini
gücləndirir. Cinsi gücü artırdığı da araşdırmalarla sübuta yetirilib. 



Ancaq
kartofun sadaladığımız faydalarından yararlanmaq istəyirsinizsə, onu
sobada, suda və ya buxarda bişirməlisiniz. Qızartdıqda o, sağlamlıq üçün
təhlükəyə çevrilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!