Bağırsaq və damarların ən sadə üsulla təmizlənməsi

Bağırsaq və damarların ən sadə üsulla təmizlənməsi
Xalq təbabəti
10.09.2017 45
İnsan
orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır
və bu təsirlər nəticəsində orqanizmə toksinlər, şlaklar, viruslar,
infeksiyalar və zərərli maddələr yığılır. 



Həmçinin
düzgün qidalanmadıqda da orqanizm ona lazım olmayan maddələrlə yüklənir
və son nəticədə orqanların fəaliyyətində problemlər yaranır. Buna görə
də orqanizmin vaxtaşırı təmizlənməsi sağlamlıq üçün profilaktik tədbir
kimi olduqca vacib şərtlərdən biridir. 



Bu üsulla orqanizmin təmizlənməsi prosedurunu həyata keçirmək üçün kefir və qarabaşaq unundan istifadə olunur. 



Bir
xörək qaşığı qarabaşaq yarması un halına düşənə qədər üyüdülür,
yağlılıq dərəcəsi az olan kefirə əlavə olunaraq qarışdırılır. Bu
qarışığı axşamlar hazırlamaq və bütün gecəni soyuducuda saxlamaq
lazımdır. Səhərlər acqarnına yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.Qəbul
etdikdən əvvəl qarışığı bir qədər isindirilməlidir. 



Kursun müddəti 14 gündür. Daha effektli nəticə əldə etmək üçün bir ay fasilə verdikdən sonra kursu təkrar etmək tövsiyə edilir. 



Kefir və qarabaşaq ununun qarışığı orqanizmə necə təsir edir? 



1. Bağırsaq və damarlar zərərli maddələrdən təmizlənir 



2. Maddələr mübadiləsi ilə bağlı problemlər aradan qalxır 



3. Mədəaltı vəzin fəaliyyəti yaxşılaşır 



4. Qanda şəkərin miqdarı normallaşır 



5. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir 



6. Piylənməyə qarşı mübarizə aparır 



7. Orqanizmin vaxtsız qocalma prosesini ləngidir 



Bu vasitə artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlər üçün unikal bir vasitədir. 



Göründüyü
kimi kefir və qarabaşaq ununun qarışığını hazırlamaq və tətbiq etmək
çox asan, sadə, hər kəs üçün əlçatandır. Ən baçlıcası isə onun heç bir
əks göstəricisi yoxdur. Sadəcə 

ildə bir neçə kurs qəbul edib orqanizmin üzləşəcəyi problemlərin qarşısını vaxtında almaq lazımdır. 



İlham Cəmiloğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!