Kivi möcüzəsi

Kivi möcüzəsi
Xalq təbabəti
10.09.2017 20
Mütəxəssislər gündə 1 ədəd kivi yeyərək həm sağlam, həm də gənc qala biləcəyimizi iddia edirlər. 



Bəs görəsən, bəzilərinin "tüklü kartof” adlandırdığı bu qeyri-adi meyvənin sirri nədədir? 



Kivi
qış mövsümündə tez-tez müşahidə edilən qrip və soyuqdəyməyə qarşı
orqanizmi gücləndirir. Liflə zəngin olduğu üçün bağırsaqların işini,
həzm prosesini asanlaşdırır və qəbizliyin qarşısını alır. Başda döş
xərçəngi olmaqla, xərçəngin bir çox növünə qarşı təsirlidir. Xərçəng
hüceyrələrinin inkişafının qarşısını alır. Qan təzyiqini sabitləşdirir.
Qanda xolesterinin miqdarını azaldır. Bir ədəd kivi insanın gündəlik A
və C vitamininə olan tələbatını ödəyir. Aparılan araşdırmalar göstərib
ki, kivi yuxunun keyfiyyətini artırdığından gün ərzində hiss edilən
yorğunluq, halsızlıq hallarının qarşısını alır. Bu səbəbdən yuxu
problemi olanlar üçün də faydalıdır. C vitamini anbarı olan meyvə cinsi
gücü artırır. Kivi elə pəhriz saxlayanlar üçün ən ideal meyvədir.
Kalorisi azdır və əzələləri gücləndirir. Buna səbəb kalsium, dəmir və
maqnezium mineralları ilə zəngin olmasıdır. Depressiyadan,
təngənəfəslikdən, eləcə də astmadan əziyyət çəkənlər gün ərzində ən az 1
ədəd kivi yeməlidirlər. 



Diyetoloqlar kivini, əsasən, səhər saatlarında yeməyi məsləhət görsələr də, qəlyanaltını da məhz kivi ilə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!