Eşşək südü və insan sağlamlığına olan faydaları

Eşşək südü və insan sağlamlığına olan faydaları
Xalq təbabəti
10.09.2017 84
Eşşəklər, çox köhnə zamanlardan bu yana insanoğlunun ağır yüklərini
daşıyan dostlarıdır. Eşşəklər haqqındakı məlumatlarımız çox köhnə
çağlara qədər uzanır. Bir çox köhnə tarixçi və tibb adamı eşşək
südlərinin çox faydalı olduğunu və sağlamlıqda istifadə olunduğunu
söyləmişlər.Eşşək südü və insan sağlamlığına olan faydaları.Eşşəklər
haqqında olan ən köhnə məlumatlarımız Yunan tarixçi Herodot və Misir
yazılarına əsaslanır. Herodot yazdığı bir yazıda uzunqulaq südünün
səhiyyə sahəsində xüsusiyyətlərə, körpələrə ana südü qədər faydalı
olduğunu söyləmişdir. Antik Misirdə isə qadınların dəri gözəllikləri
üçün eşşək südü istifadə edildiyi bilinməkdədir. Bəlkə də ən əhəmiyyətli
məlumat, 19-cu əsrdə Fransız bir həkim olan Dr. Parrot tərəfindən
verilmişdir. Dr. Parrot, anası olmayan körpələrə eşşək südü vermiş və
inkişaflarını araşdırmışdır. Bütün bu məlumatları 1880-ci ildə
açıqlamalarında  ilə izah etmişdir.



Eşşək südünün faydaları nələrdir?

Sinir hüceyrələrinin yenilənməsinə köməkçi olur.

İmmunitet sisteminin qüvvətlənməsinə köməkçi olur.

Eşşək südündə omeqa-3 və omeqa-6 yağ turşuları bol miqdarda tapılar. Bu
səbəblə, ürək və damar xəstəliklərinin qarşısının alınmasına, Alzheimerə
və sinir sisteminə, xolesterolu salmağa çox faydalıdır.

Inək südünə nisbətlə 60 qat daha çox C vitamini ehtiva edir .

Mədə və bağırsaqlarda çox sağlam olmasına kömək olur.

Bağırsaqlarda floranın güclənməsinə, qastrit və xora müalicəsində
köməkçidir. Ayrıca qəbizliyin qarşısını alır bağırsaqları rahatlaşdırar.

Eşşək südü dərini təmizləyir və dərini qidalandırır.

Eşşək südü məzmunu səbəbi ilə bakteriya öldürmə xüsusiyyətinə malikdir.

Körpələrdə inək südü zülal bəzən allergiyaya səbəb olur. Bu tərz
vəziyyətdə, qusma, ishal, qəbizlik, astma, şok, kimi simptomlar görülə
bilər. Dünyada bir çox mütəxəssis bu mövzuda ciddi araşdırmalar etdi və
keçi, at, dəvə və eşşək südünün inək südü zülal ehtiva etmədiyi ortaya
çıxdı. Bu səbəblə də bir çox keçi südü fermaları quruldu, marketlərə
keçi südü qablaşdırılmış olaraq gətirildi. Son illərdə isə eşşək südü
fermaları qurulmağa başlandı çünki, eşşək südü keçi südündən çox daha
qiymətli bir süd olaraq qəbul edilir. Lakin, eşşəklər çox az süd verir.



Eşşək südünün tərkibi nədir?

Eşşək südü tərkibində; yağ1.21%, zülal 1.74%, laktoza 6.23% nisbətindədir.

İnsan südü tərkibində; yağ 3.38%, zülal 1.64%, laktoza 6.69% nisbətindədir.

İnək südü tərkibində; yağ 3.48%, zülal 3.45%, laktoza 4.73% nisbətindədir.

Bu gün dünyada ən yaxşı şəkildə eşşək südünü çıxaran ölkə İtaliyadır.
Lakin İtaliyada eşşək südü istehsalı ilə əlaqədar müxtəlif qanuni
tənzimləmələr var. Ölkəmizdə bu tərz qanuni tənzimləmələr olmadığından
gigiyenik istehsal nə təəssüf ki yoxdur. Eşşək fermalarına alınan
uzunqulaq heyvan xəstəliklərinə qarşı peyvənd, testlər və dərmanlanma
edildikdən sonra süd istehsalına keçilməlidir. Eşşəklərin təmiz və
gigiyenik mühitlərdə əl dəymədən südlərinin alınması +4 dərəcədə
toplanıb soyudulan südləri təmiz və gigiyenik süd emal təsislərinə
yollanması lazımdır. Fabriklərdə pasterizə edilərək və sterilizasiya
əməliyyatından keçərək eşşək südü satılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!