Qan artıran qidalar

Qan artıran qidalar
Xalq təbabəti
10.09.2017 20
Qanazlığı (anemiya) son vaxtlar ən çox rast gəlinən problemlərdəndir. 



Ürək
döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hissetmə, başın
hərlənməsi kimi əlamətlərlə özünü göstərən bu problemlə bəzi qidaların
köməyi ilə mübarizə aparmaq olar.



Qan artıran qidaları təqdim edirik: 



Qan
artıran ən faydalı qidalardan biri çuğundurdur. Çuğunduru həm çiy, həm
də bişmiş halda yemək olar. Qan artırmaq üçün isə salatını hazırlayıb
yemək, şirəsini çəkib içmək ən yaxşı vasitədir. 



Soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu, arı balı, çiçək balı, balıq da qan artırır. 



Bunlarla
yanaşı, dəmirlə zəngin qidaları da menyunuza daxil etməlisiniz.
Portağal, yumurta, alma, toyuq, qayısı, kişmiş, göyərtilər, qırmızı ət,
qaraciyər qanazlığının qarşısını alacaq. 



Bir
sıra vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola
bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə
mübarizə aparmaq üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı
yeyin. 



B12
ehtiva edən qabıqlı dəniz məhsulları, qızıl balıq, pendir, süd,
yumurta, ət və qaraciyər həmin vitaminin orqanizmdə azalması nəticəsində
meydana gələn qanazlığının çarəsi ola bilər. 



Bu adını çəkdiyimiz qidalardan mütəmadi olaraq istifadə etsəniz, qan azlığının səbəb olduğu narahatçılıqlar aradan qalxacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!