Böyrək daşından qorunmaq üçün nə etməliyik?

Böyrək daşından qorunmaq üçün nə etməliyik?
Xalq təbabəti
10.09.2017 40
Böyrək
daşı böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Əsasən,
maddələr mübadiləsinin müxtəlif səbəblərdən pozulması nəticəsində
yarandığı bildirilən bu xəstəliyin həm də irsi xarakter daşıdığı
təsdiqlənib.

 

Xəstəlik
sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman
böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daş əmələ gəlir.

 

Bəzən
özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər.
Belə olan halda, digər orqanların hər hansı xəstəliyinin müayinəsi
zamanı aşkar edilir. Əksər hallarda isə, ağrı tutmaları, sidik ifrazı
zamanı olan pozğunluqları və digər əlamətlərlə müşayiət olunurlar.
Böyrək daşı xəstəliyini müalicə etmək lazımdır. Çox şiddətli ağrılar
başlamadan önləyici tədbirlər görməkdə fayda var.

 

Böyrək
daşının yaranmasının qarşısını almağın ən başlıca maddəsi sudur. Mümkün
olduğu qədər çox su içməyə cəhd göstərin. Xüsusilə, gündə iki litrdən
çox su içmək böyrək daşı əmələ gəlməsinə mane olur.

 

Sidikdə
turşu tarazlığının pozulmaması üçün limonad, kola kimi içkilər içməyin.
Limon şirəsi də kalsium daşlarına qarşı qoruyucu xüsusiyyətə malikdir.

Həddi aşmamaq  şərtilə süd və süd məhsulları istehlak etməliyik.

 

Bəzi
qidaların: çuğundur, qara çay, soya, kakao, şokolad, istiot, fındıq,
böyürtkən, çiyələyin tərkibində həddindən artıq oksalat olduğu üçün
bunları çox yemək olmaz. Bununla yanaşı, bol lifli qidalara üstünlük
verməkdə fayda var.

 

Son olaraq böyrək daşı əmələ gəlməsini əngəlləmək üçün duz istifadəsini azaltmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!