Hər gün 1 kasa turp yeyin - bilmədiyiniz faydaları

Hər gün 1 kasa turp yeyin - bilmədiyiniz faydaları
Xalq təbabəti
10.09.2017 17
Hər
mövsüm süfrələrdə yer ala biləcək turpun yaz, qış və payız turpu olaraq
üç növü var. Rənglərinə görə isə qırmızı, qara, ağ turp olur.
Tərkibindəki orqanik turşular səbəbindən qəribə dadı var. Bütün turp
növləri antioksidan olaraq bilinən flavonoidlərlə zəngindir. Qaraciyər
və öd kisəsi baxımından qara turp, antioksidan baxımından isə qırmızı
turp yeyin.

 

Turpun faydaları nələrdir?

Tərkibindəki antioksidan birləşmələri ilə xərçəngə qarşı qoruyur.

Kükürdlü birləşmələr sayəsində isə öd axınını sürətləndirir.

Qaraciyər sağlamlığını qoruyur.

Öd ifrazı üzərindəki müsbət təsiri ilə həzmi asanlaşdırır.

Sidiyə çıxışı yaxşılaşdırır, köp azaldıcı təsiri vardır.

Az qlisemik indeksli (qan şəkərini yavaş yüksəldən) və
yüksək lifli olduğu üçün şəkər xəstələrinin rahatlıqla yeyə biləcəyi
tərəvəzdir.

Lif tərkibi çox və fitosterol tərkibli olduğundan qan xolesterolunu azaldıcı təsirə malikdir.

Lif və tərkibindəki qlükosinolat birləşmələri ilə qalın bağırsaq xərçəngi başda olmaqla, xərçəngə qarşı qoruyur.

Az kalorili olduğu üçün pəhriz saxlayanlara da məsləhətdir.

 

Turpun zəngin tərkibi

10 ədəd kiçik ölçüdə qırmızı turp (1 kasa) yeməklə 12 kalori alır, gündəlik lif ehtiyacınızın 25%-ni qarşılamış olursunuz.

Turp yüksək miqdarda potasium tərkiblidir. Potasium da
öz növbəsində ürək əzələsi daxil, bütün əzələlərin düzgün çalışması
üçün vacib olan mineraldır. Bədənin yetərli miqdarda potasium qəbul
etməsi yüksək təzyiqlə mübarizəni gücləndirir.

Turpun tərkibindəki folat turpu digər tərəvəzlərdən
fərqləndirir. Folat bədəndəki ümumi DNT-lərin dəyərləndirilməsində
istifadə edilir. 1 kasa turp yemək gündəlik folat ehtiyacınızın 7%-i
qarşılayır.

Kalisum mineralının ən yaxşı qaynaqlarından olan turp
özəlliklə menopauza dövründə olan qadınlara məsləhət görülür. Həm də
sümük əriməsinə qarşı faydası da elmi olaraq təsdiqlənib.

Bundan başqa, turp yarpaqları da turp qədər
faydalıdır. Yaxşı kalsium qaynağıdır. İmmunitet sisteminin güclənməsinə
dəstək olan C vitamini də turpun tərkibində çoxdur. Gün ərzində 1 kasa
turp yemək gündəlik C vitamin ehtiyacınızın 40%-i qarşılayır. Qan
xolesterolunun düşməsində təsirli olan fitosterol maddə 100 qram turpda 9
mg miqdarında olur.

 

Turp yarpağının faydaları

Turp yarpağı beta-karoten, C, E, B6, B9 vitamini
(folat) ilə kalsium mineralı baxımından yaxşı bir qaynaqdır.
Tərkibindəki beta karoten sayəsində göz və ağciyər sağlamlığının
qorunmasında yardımçıdır. Həm də yaşlanmaya da təsir edir. E vitamini
sayəsində yaşlanma ilə bağlı hafizənin zəifləməsinə qarşı qoruyur.

 

Turp yarpaqları necə yeyilir?

Şorbalara əlavə edilərək

İspanaq yeməyi kimi bişirərək

Salatlara əlavə edərək

 

Turpu çox yeməyin zərərləri

Turp çox yeyilsə, tərkibindəki kükürdlü birləşmələrindən dolayı qaz yaradır.

Bağırsaqlara sürətləndirici təsir edir və ishala səbəb olur.

Turp yüksək səviyyədə oksalat tərkiblidir. Oksalat da,
bədəndən dəmir və kalsium kimi dəyərli mineralların atılmasına səbəb
olur. Yüksək miqdarda turp yemək mineral itkisinə yol açdığından
faydadansa zərər gətirə bilər.

 

Turpu kimlər az yeməlidir?

Böyrəklərindən kalsium oksalat qumu tökənlər

İshal yaşayan və qaz sancısı çəkənlər

Üzgün bağırsaq sindromu olanlar

Qastriti olanlar bişmiş yeməlidir

Açıq xora yarası olanlar

 

Qeyd: Sağlamlıq
üçün gündə 1 kasa turp salatı yemək bəs edir. Brüssel kələmi, kahı,
brokoli kimi tərəvəzlərlə eyni nəsildən olduğu üçün bu tərəvəzləri
yediyiniz gün turp yeməyinizə ehtiyac yoxdurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!