Yaz hipovitaminozun qarşısını almaq üçün bunları için!

Yaz hipovitaminozun qarşısını almaq üçün bunları için!
Xalq təbabəti
10.09.2017 16
Qış aylarında qidalanmada meyvә­tәrәvәzlәrin az olması sәbәbindәn insan orqanizmi daha az
miqdarlarda ona lazım olan vitamin vә mineralları alır.
Bu sәbәbdәn qışın sonunda­yazın әvvәlindә bir çox insanlar özündә hipovitaminozun әlamәtlәrini
müşahidә edir:

 

 ­-dәrinin vәziyyәtinin pislәşmәsi (dәri daha quru olar, qabıq verir, rәngi pislәşir)
­ 

-saçların tökülmәsi, zәif, itaәtsiz olması
­

-"sәbәbsiz" yorğunluq, zәiflik, yuxululuq
­

-әsәbilik, diqqәtsizlik
-

­ dodaqların kәnarlarında çatların әmәlә gәlmәsi
­

-gözlәrdә quruluq, qaranlıqda görmәnin pozulması
­

-immunitetin zәiflәnmәsi vә s.

 

Bu simptomları aradan qaldırmaq üçün sizә vitaminli içkilәrin reseptlәrini tәqdim edirik.

1. Axşamdan termosda 1/2 l qaynar suda 1 ovuc itburnu, 1 ovuc kişmiş, 4­5 әdәd әrik qurusu
dәmlәnilir. Sәhәr dәmlәmә süzülür vә gün әrzindә adi çay kimi içilir. Qәbul etdikdәn әvvәl
dәmlәmәyә 1 çay qaşığı bal vә 1 dilim limon әlavә edin.

 

2. 1 portağalın qabığını, 1 alma (qabıqlı), 1 tikә (3­4 sm) tәzә zәncәfil doğranılır, termosda 1/2 l
qaynar suda axşamdan dәmlәnilir vә növbәti gün әrzindә çay kimi içilir.

 

3. Tәzә meyvә­tәrәvәz, göyәrtilәrdәn hazırlanmış istәnilәn kokteyllәr (smuzi) dә hipovitaminoz
zamanı çox faydalıdır. Mәsәlәn, 1 kök + 1 alma + 1/2 banan vә ya 1 kivi + 1 banan vә s.
Zövqünüzә görә müxtәlif variantlar fikirlәşә bilәrsiniz. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!