Qara çayın faydalı və zərərli xüsusiyyətləri

Qara çayın faydalı və zərərli xüsusiyyətləri
Xalq təbabəti
10.09.2017 23
Son
illər yaşıl və ağ çayın məşhurlaşması, sağlamlıq üçün daha faydalı
hesab edilməsi qara çay sevənlərin sayının sürətlə azalmasına səbəb
oldu. 



Ancaq
mütəxəssislər bildirirlər ki, Qədim Çin təbabətində özünə yer tapan
qara çay ən az yaşıl çay qədər faydalıdır. Ondan tamamilə imtina etmək
lazım deyil. 



Antioksidant ehtiva edir 



Çay
antioksidant effekti verən "flavonoid” adlı maddələrlə zəngindir.
Antioksidantlar sağlam hüceyrələrin ömrünü uzadır və orqanizmi ürək
xəstəliklərindən, eləcə də bəzi xərçəng növlərindən mühafizə edir.
Düzdür, qara çayın tərkibindəki antioksidantlar yaşıl çaydakı qədər
zəngin deyil. Buna baxmayaraq, orqanizm üçün kifayət qədər faydalıdır.
Qara çayın tərkibindəki antioksidantların üzə çıxması üçün çay həddən
artıq qaynar su ilə dəmlənməlidir. 



İngiltərədə
aparılan araşdırmalar göstərib ki, yüksək temperaturda olan su ilə
dəmlənən qara çayın tərkibindəki antioksidantların miqdarı ondan daha
soyuq su ilə dəmlənən 

çaydakından on dəfə çox olur. 



Çayın tərkibindəki antioksidantlardan yararlanmaq üçün iki faktora diqqət etmək lazımdır: 



1. birdəfəlik istifadə üçün nəzərdə tutulan paket çaylardan istifadə etməyin 



2. çaya süd əlavə etməyin. 



Xərçəngə qarşı qara çay 



Qara
çayın xərçəng hüceyrələrini azaltdığı artıq sübut olunub. Qara çayın,
xüsusilə, yumurtalıq xərçənginə yaxşı təsir etdiyi bildirilir. Həmçinin
mədə, ağciyər və döş xərçəngi hüceyrələrinin inkişafının dayanmasını
təmin edir. 



Kofein mənbəyi 



Qara
çayda külli miqdarda kofein var. Ona görə də gündə 8 stəkandan artıq
qara çay içmək tövsiyə edilmir. Çünki 1 stəkan çay 12 mq kofein
deməkdir. İnsan gün ərzində 79 mq kofein qəbul edərsə, bu maddədən asılı
hala düşə bilər. 



Ancaq normal miqdarda içilən qara çay tərkibindəki kofein sayəsində diqqəti artırır, zehni açır. 



Ürəyin dostu 



Qara çay ürək üçün də faydalı hesab edilir. Qanın həddən artıq laxtalanmasının qarşısını alır. İnfarkt riskini azaldır. 



Qara çayın digər faydaları 



- Şəkər xəstələrinə, infeksiyalara qarşı təsirlidir. 



- Dişin çürüməsinin qarşısını alır. 



- Qusma, ishal, baş ağrısı zamanı yaxşı təsir edir. Böyrək daşına qarşı təsirlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!