Yaşıl soğanı təzə saxlamağın yolları

Yaşıl soğanı təzə saxlamağın yolları
Xalq təbabəti
10.09.2017 37
Suya qoyun

Yaşıl soğanı kəsdikdən sonra bir qaba su töküb içərisinə yığın. Pəncərə
qırağında günəş işığı düşən bir yerə qoyun və suyu azaldıqca əlavə edin.
Beləliklə, yaşıl soğan böyüməyə davam edəcək və çürüməyəcək.



Nəmli parçaya bükün

Yaşıl soğanın böyüməsini deyil, sadəcə təzə və təravətli qalmasını
istəyirsinizsə, nəm kağız parçaya bükərək plastik qabda saxlayın. Kağız
parça yaş və ya quru deyil, sadəcə nəm olmalıdır. Əks təqdirdə çürümə
baş verəcək.



Çürümüş soğanlarla necə davranmalı?

Soyuducuda saxladığınız üçün çürümüş soğanları yenidən canlandıra
bilərsiniz. Yaşıl soğanları buzlu suda 15-30 dəqiqə saxlasanız, onlar
yenidən təravətli olacaq.



Dondurub saxlayın

Ehtiyacınız olan qədər istifadə etdikdən sonra yaşıl soğanları yuyub
qurudun, doğrayın və plastik sellofana yığıb soyuducunun buzluq
hissəsində saxlayın. Təkrar istifadə etmək istəsəniz, bir neçə dəqiqəyə
buzu açılacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!