Qırmızı soğanın faydaları

Qırmızı soğanın faydaları
Xalq təbabəti
10.09.2017 12
Yaddaşsızlıq
müasir dövrün ən böyük problemlərindən biridir. Artıq 40 yaşı keçənlər
alzaymer təhlükəsi ilə üzləşmək qorxusu yaşayırlar. Ancaq bəzi qidalar
sayəsində yaddaşsızlıq problemi ilə mübarizə aparmaq olar. Türkiyəli
dietoloq Əlif Özcan yaddaşa yaxşı təsir edən qidalardan danışıb.

Yaddaşı möhkəmləndirmək üçün bir sıra qidaları gündəlik menyuya daxil etmək vacibdir:

"Hər
gün balıq yemək lazımdır. Bir gün sobada bişirib, növbəti gün buğlama
yeyin. Konservləşdirilmiş balıqlardan və balıq yağlarından da istifadə
etmək olar".

Dietoloq süfrədən soğanı əskik etməməyi məsləhət görür:

"Araşdırmalar
soğanın bütün növlərinin, xüsusilə də, qırmızı soğanın yaddaşı
möhkəmləndirdiyini sübut edib. Ancaq soğanı bişirdikdə həmin effekt
azalır. Bu tərəvəzi çiy halda yemək məsləhətdir. Salatlara əlavə edə və
ya yeməklərin yanında çiy halda yeyə bilərsiniz.

Yaddaş
üçün faydalı tərəvəzlərdən biri də ispanaqdır, onu da çiy yemək
lazımdır". Əlif Özcan yaddaşı möhkəmləndirən digər qidaları  belə
sıralayır:

"50-70
faizi kakaodan ibarət olan tünd şokoladlar, qoz-fındıq kimi çərəzlər,
göyərtilər də yaddaş üçün xeyirlidir. Bu qidaları həftənin günlərinə
bölüb sistemli şəkildə qidalansanız, nəinki yaddaş probleminiz aradan
qalxacaq, həm də gələcəkdə alzaymerə yaxalanmaq riskiniz azalacaq".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!