Soğan möcüzəsi

Soğan möcüzəsi
Xalq təbabəti
10.09.2017 18
Bir
çox yüngül xəstəliklərin müalicəsində təbii üsullar sağlamlıq üçün ən
yaxşı vasitələrdəndir. Təbii vasitələr sintetik vasitələrədən daha
təhlükəsizdir. Həmçinin ucuz başa gəlir. Soğan möcüzəli bir tərəvəzdir.

 

Öskürmə:

Soğan
suyu öskürək əleyhinə ən effektli siropdur. Ancaq qoxusuna və dadına
görə bir çox insanlar soğan suyundan qaçırlar. Bu halda ən yaxşı üsul
soğan parçasını qulağa qoymaqdır. Bununla həm arzuolunmaz hesab
etdiyiniz daddan xilas olar, həm də xəstəlikdən qurtulmuş olarsınız.

 

Soğan suyu temperaturun aşağı düşməsinə də kömək edir:

Bu
üsulu əsasən uşaqlara tətbiq etmək yaxşı olardı. Uşaqda temperatur
qalxdıqda, soğan əzilib suyu üzüm ya alma sirkəsi ilə qatışdırılır.
Sonra isə uşağın corabını bu məhlulla  isladıb, ayağına geyindirmək
lazımdır. 10- 15 dəqiqəyə istilik düşəcək.

 

Üşütmə:

Çox üşümüsünüzsə, çiy soğan yemək canınıza hərarət gətirəcək. Bir neçə saatdan sonra isindiyinizi hiss edəcəksiniz.

 

Qulaqda və başda ağrı:

Qulaq
ağrısından xəbəri olanlar bilir, bunun necə ağrı olduğunu. Qulağın
iltihabı zamanı soğan parçasının qulağa qoyulması yaxşı effekt verəcək.
Başınızda miqren ağrısı varsa, bu üsulu axşam yatmazdan öncə etmək
məsləhətdir. Axşamdan səhərə kimi soğan parçasının qulaqda saxlanılması
məsləhətdir.

 

Qanı dayandırır:

Əlinizi kəsmisinizsə, kəsilən yerə soğan parçası qoyub bağlamaq qanı dayandıracaq.

 

Soğan çapıqları azaldır:

Soğanın köməkliyi ilə çapıqların ölçülərini kiçiltmək olar. Bunun üçün soğan suyu ilə davamlı olaraq çapıqları silmək lazımdır.

 

Soğan iltihabı sorur:

Bədəndən infeksiyanı çıxarmaq üçün soğandan məlhəm hazırlamaq olar:

Süd bişirilir içinə 1 dilim ağ çörək qoyulur.

Soğan rəndədən keçirilir çörəyin üzərinə tökülür.

Bunlar məlhəm olana kimi qarışdırırlır.

İnfeksiya düşmüş yerə yaxılır. Bağlanılır.

2-2.5 saat saxlanılır.

İnfeksiyadan qurtulana kimi bu proseduru davam etmək məsləhətdir.



Göynəmə ilə mübarizə:

Günəş
yanğısı xoşa gələn hal deyil. Soğan suyu ilə isladılmış əskini 2
dəqiqəlik göynəmənin üzərinə qoyulması, yaxşı effekt verir. Sonra isə
göynəyən yerin üzərinə yumurta ağı çəkmək həm ağrını sakitləşdirəcək,
həm də çapıq qalmağa qoymayacaq

 

Arı sancması:

Sizi
arı sancıbsa, həmin yeri sıxın, sonra üzərinə ağ soğan parçası qoyun.
Bu ağrını azaladacaq , zəhəri məhv edəcək və dərini qıcıqlanmağa
qoymayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!