Buğda cücərtisinin sağlamlığa faydası

Buğda cücərtisinin sağlamlığa faydası
Xalq təbabəti
10.09.2017 48
Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə edə bilərsiniz.



Dünyaca
məşhur həkimlər buğda cücərtisinin gənclik iksiri olduğunu bildirirlər.
Bu qida immunitet sistemini gücləndirir, xərçəng riskini azaldır.



Buğda
cücərtisi sağlamlıq üçün ən faydalı maddələrdən biri olan "klorofil”
ilə zəngindir. Buğda cücərtisində 17 fərqli amin turşusu, A, D, E, K
vitaminləri, 92 növ mineral və bir çox ferment var.



Buğda
cücərtisinin ehtiva etdiyi klorofil hüceyrə və toxumaları təmizləyir,
yeniləyir. Orqanizmdə toplanan kimyəvi maddələrin atılmasına kömək edir.
Qaraciyəri təmizləyir. Amerikalı həkimlər bildiriblər ki, təxminən 6
kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yer kökü,
kahı və ya kərəvizdən alınan şirə ilə eyni effektə malikdir. Orqanizmi
toksinlərdən təmizləmək üçün buğda cücərtisindən daha yaxşı heç nə
yoxdur.



Buğda
cücərtisi ağciyər üçün də faydalıdır. Belə ki, qan hüceyrələrinin
sayını artırdığı üçün orqanizmin oksigenlə daha yaxşı təmin olunmasına
səbəb olur.



Ürək-damar
sistemini gücləndirən buğda cücərtisi arıqlamağa da kömək edir.
Portağaldan 60 qat çox C vitamini, ispanaqdan 8 dəfə çox dəmir ehtiva
edir.



Hər gün 1-2 stəkan buğda cücərtisi şirəsi içərək gənc və sağlam qalmaq mümkündür.



Bu
şirəni ağızda 5 dəqiqə saxladıqda diş ətini təmizləyir, dişləri
gücləndirir. Buğda cücərtisi şirəsi ilə qarqara etdikdə isə boğaz
iltihabı aradan qalxır.



Deyilənə görə, buğda cücərtisi yemək və şirəsini içmək saçların ağarmasını ləngidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!