Mürəbbələrin müalicəvi əhəmiyyəti

Mürəbbələrin müalicəvi əhəmiyyəti
Xalq təbabəti
10.09.2017 42
Əziz dostlar, "Xalq təbabəti” rubrikasından bugünkü yazımızı mürəbbələrə həsr etmişik. Elə bir Azərbaycanlı ailəsi yoxdur ki, ayrı-ayrı mövsümlərim meyvələrinə uyğun mürəbbə bişirməsin. Hansı evə getsəniz hökmən mürəbbə olacaq..Bizim ailə əxlaqında evin, qadının evcanlı, ailəcanlı olması bu cür keyfiyyətlərlə ölçülüb. Bizim ailə ənənələrində qonağa açılan süfrədə hökmən çeşid-çeşid mürəbblər sıralanmışdır. Mürəbbələr, şay, yemək süfrə müdəniyyəti olmaqla yanaşı, həm də evin qadınına, bu qadının böyüyüb boya-başa çatdığı ailəyə bir ictimai hörmət yaradırdı.



Digər bir anlamda bizim bir-birindən dadlı mürəbbələrimiz çöx qüvvətli, həm də dadlı qida vasitələrdir. Çörəyin üstünə bu mürəbbədən çək, bir az da camış yağı…dadlı deyilmi…

Mürəbbələrin çox vacib, nisbətən arxa planda qalan, amma ən əhəmiyyətli xüsusiyyəti onların müalicəvi əhəmiyyət daşımasıdır.bu yazımızda biz sizə bu mürəbbələrdən bir neçəsi haqqında məlumat verəcəyik. əmin olacaqsınız ki, niyə bizim evlərdən mürəbbə ehtiyatı heç vaxt əskik olmur?



Zoğal mürəbbəsi

Qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, iştahın artırılmasında və digər xəstəliklərin müalicəsində qüvvətli müalicəvi əhəmiyyəti vardır. Zoğal mürəbbəsi olmayan ev bu evdə yaşayanların sağlamlığına laqeyd kimi qəbul edilir.



Çiyələk mürəbbəsi

Bədənə qüvvət verir. Xolestrolu nizamlayır və damar keçməməzl… Qanı təmizləyir, diş ətini gücləndirir, ağız qoxusunu yox edir. əsəbləri sakitləşdirir, hərarəti aşağı salır. Revmatizm əleyhinə və qaraciyər pozğunluqlarında xeyirlidir və s.



Qoz mürəbbəsi

Bədəni qüvvətləndirir, cinsi fəaliyyəti artırır. Təzə qozun qabığını soyur, onu suda və balda adi qayda üzrə tam bişənədək qaynadır və üzərinə lazım olan ədviyyələri əlavə edirlər.



Albalı mürəbbəsi

Sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir.



Qarpız mürəbbəsi

Qorxu və vasvasılıq zamanı xeyirlidir. Sinə ağrısını aradan qaldırır, mədə zəifliyinə qarşı faydalıdır. Həzm fəaliyyətini qüvvətləndirən vasitədir.



Bənövşə mürəbbəsi

Sinəni yumşaldır, öskürəyə qarşı çox xeyirlidir. Müəyyən qədər dərilmiş bənövşə yarpağına iki o qədər şəkər tozu qatıb döyür 40 gün şüşə qabda gün düşən yerdə saxlayırlar. Digər gül mürəbbələrinə qatıb istifadə etdikdə baş ağrılarını aradan qaldırır.



Qızılgül mürəbbəsi

Bu mürəbbələr qəndlə və balla hazırlanır. Qəndlə hazırlanana " gülqənd və ya gülşəkər”, balla hazırlanana "güləngəbin” də deyirlər. Bal ilə hazırlanan belə mürəbbələr 4 ilə kimi qala bilir.

Oynaq ağrıları, böyrək və sidik kisəsində daş, sidik tutulması zamanı faydalıdır. Bel ağrısı və həzm üçün münasibdir.



Əziz dostlar, ağız dadınıza və sağlamlığınıza laqeyd deyilsinizsə, bu mürəbbələrə evinizdə hər zaman yer ayırın. unutmayın ki, onların tərkibində heç bir qatqı yoxdur. Hər şey təbiətin özündəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!